GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “BƏRKGEDƏN OĞLANLAR” KLUBU… – Parlament biznesmenlər üçün “krışa” rolu oynayanda nə baş verir?

“BƏRKGEDƏN OĞLANLAR” KLUBU… – Parlament biznesmenlər üçün “krışa” rolu oynayanda nə baş verir?

Tarix: 20-08-2019, 15:32 Bölmə :Cəmiyyət Baxış: 626
“BƏRKGEDƏN OĞLANLAR” KLUBU… – Parlament biznesmenlər üçün “krışa” rolu oynayanda nə baş verir?


Millətin qaymaqlarının toplanmalı olduğu ali qanunverici orqanımız artıq çoxdandır “bərkgedən oğlanlar” klubuna çevrilib. Burada kimlər yoxdur? Siyahıya baxanda görürsən ki, maşallah… 10-dan 9-u ya iş adamı, biznesmen, ya da yağlı vəzifələr daşımış keçmiş məmurlar – bərkgedənlərdir! Və Lerikdən olan deputat İqbal Məmmədovun istirahət mərkəzinin ətrafında baş verənlər bir daha göstərdi ki, həmin bu “qaymaqların” dövlətə, dövlətçiliyə, hətta qulluğunda durduqları hakimiyyətə belə münasibəti bəzən lotuluq, qoçuluq, saymazlıq prinsiplərinə əsaslanır.

Bunlara daha diqqətlə baxanda görürsən ki, hərəsi bir dərədən gəlsə də, böyük əksəriyyəti bir-birinə oxşayır. Və təcrübə göstərir ki, belələrinə deputat mandatı vermək, mahiyyətcə, pulla sürücü vəsiqəsi satmaq kimi bir şeydir. Bunun da nəticəsi odur ki, sükan arxasında sürməyi deyil, sadəcə minməyi bacaranlar oturur. Nəyi və kimi mindikləri də ki bəllidir… Elələri var artıq 25 ildir “minir”, amma hələ də sürməyi bacarmır, buna baxmayaraq, yenə də mindiyi yerdən düşmək istəmir…

Bu adamların deputat mandatı almaqda əsas məqsəd və amalları təkcə ad-san, nüfuz məsələsi deyil, xalqa xidmət isə heç deyil! Əsas məqsəd sahibləri olduqları biznes və mülklərə “krışa” təmin etməkdir. Nəticədə, hərəsi hansısa bir filankəsin adamı olsa da, böyük əksəriyyəti xalqın adamı deyil…

Məsələn, imkanlarına görə artıq kitabı bağlanmağa yaxın olan İqbal Məmmədovu qat-qat üstələyən, Şabrandan deputat olan Tahir Süleymanov var. Adam 20 ildir millət vəkili sayılır. Mətbuatın yazdığına görə, Süleymanov deputat olmamışdan əvvəl də yaşadığı zonanın “un kralı” olub. Ancaq məlum qurumlar onu və biznesini tez-tez “ütüləyirmişlər”, yolu 3 gündən bir haralardansa keçirmiş. Və günlərin birində AzTV-nin o vaxtkı sədri, deputat Nizami Xudiyevin köməyilə Milli Məclisə yol tapır, məlum yollarla olur deputat. O gün-bu gün qulağı dincdir, olub regionun əsas kəndxudalarından biri, biznesi də ki, çiçəklənir. Bu praktika təkcə T.Süleymanova aid deyil əlbəttə ki. Və bunların hamısı gözəl anlayır ki, biznesini, mülkünü qorumaq üçün parlamentdən yaxşı “krışa” yoxdur.

Buna görədir ki, Milli Məclisin kreslolarında oturanlara fikir verəndə, adama elə gəlir ki, bura parlament yox, hansısa biznes-forumdur - taxıl biznesinə baxan kim, dərman işilə məşğul olan kim, tikinti, mehmanxana, təhsil, quşçuluq, ərzaq, restoran biznesi, daha nələr-nələr… Başa düşmək olmur ki, öz əsas işlərindən(!) necə vaxt tapıb buraya gəlirlər və bunların qanuna, qanunvericiliyə, dövlət əhəmiyyətli qərarlara nə aidiyyatları var?

Başda da ki oturub hörmətli Oqtay Əsədov! Bir müddət əvvəl spikerin mətbuatda dərc edilən, rəsmi sənədlərlə təsdiqlənən striptizli biznesinə və bu barədə yazılanlara təkrar qayıtmaq istəməzdik – hamı oxuyub və xatırlayır. Bu da bizim parlamentin sədri!

Nisbətən cavanlarını bir kənara qoyaq, elə Oqtay Əsədov, Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Əhməd Vəliyev və digər ağsaqqall deputatların bizneslərinə nəzər yetirəndə, düşünürsən ki, niyə də Azərbaycanın gələcəyinə “işıq salan” bu adamların davamçıları olmasın?…

Əlbəttə ki, aralarında savadıları və daha əlverişli mühitdə bu xalqa fayda verə biləcək şəxslər də var. Amma çox az sayda olan belələri də bugünə və sabaha təsir imkanlarını itirdikləri üçün tarixlə, keçmişlə, dinlə və s. mücərrəd şeylərlə uğraşıb, bir təhər başlarını qatırlar.

Ancaq İqbal Məmmədov belələrindən deyil və daha ciddi işlərlə məşğul olur. Əlbəttə ki, məlum insident biznesmen-deputata baha başa gələcək. Çünki məsələ ictimailəşib, artıq bu işi “bir daş altda, bir daş üstdə” metodu ilə “bağlamaq” mümkün olmayacaq.

Vaxtilə “Quska” ləqəbli Hüseyn Abdullayevin ətrafında baş verənlər göstərdi ki, belə hoqqalar heç kimə sərf etmir və xeyir gətirmir. Bu, həmin hoqqabazları ağır cəzalarla üz-üzə qoyduğu kimi, cəmiyyətdə ciddi narazılıqlara və müzakirələrə səbəb olduğu üçün onları cəzalandıranlara da başağrısı gətirir…

Məlum hadisəni əks etdirən kadrlarda diqqətimizi bir məqam çəkdi – İqbal Məmmədovun adamlarından birinin vergi əməkdaşlarına “camaatın çörəyinə bais olmayın” deyir. Təəssüf ki, biz hələ də vergi işçisinə başqasının çörəyinə bais olan, hüquq-mühafizə orqanı əməkdaşına hüquq tapdalayan, məmura oğru, hakimə ədalətsiz, həkimə cəllad , deputata biznesmen və s. gözü ilə baxmağa məcburuq…//azPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aynur Talıbova: “Bakılı oğlanlar”ın hamısı bir yerdə Martirosyan eləmir...” – Foto

    Aynur Talıbova: “Bakılı oğlanlar”ın hamısı bir ...

    19-11-2013, 13:11

  • 
  • Sürücü sükan arxasında öldü, qəza oldu - FOTOLAR

    Sürücü sükan arxasında öldü, qəza oldu - FOTOLAR ...

    14-01-2015, 16:51

  • 
  • Əliağa Hüseynov Salyanın ən bərkgedən fermerinə çevrilib

    Əliağa Hüseynov Salyanın ən bərkgedən fermerinə ...

    20-12-2013, 22:41

  • 
  • MSK-dan Əli Əhmədovun deputat mandatı ilə bağlı açıqlama

    MSK-dan Əli Əhmədovun deputat mandatı ilə bağlı ...

    23-10-2013, 12:50

  • 
  • Nazirlik: Avtobus sürücülərinin qanunsuz hərəkətlərinə son qoyulacaq

    Nazirlik: Avtobus sürücülərinin qanunsuz ...

    24-11-2013, 16:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu