GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni sensasion bilgilər

Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni sensasion bilgilər

Tarix: 21-08-2019, 14:58 Bölmə :Cəmiyyət Baxış: 726
Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni sensasion bilgilər


İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış; onun çoxşaxəli biznesinin siyahısı yayıldı; biznesmen MM üzvünün digər obyektlərində vergi yoxlamaları başlaması xəbəri var

Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və daha 4 şəxs Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq, nazirliyə məxsus nəqliyyat vasitələrini daşqalaq etdiklərinə görə barələrində həbs-qətimkan tədbiri seçilib. Tutulanlara qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bundan sonra deputatın oğlu və digərlərinin neçə il müddətinə azadlıqdan məhrum edilə biləcəyi sualı aktuallaşıb. Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda oxşar situasiyalarda fərqli qərarların verilməsi pis bir ənənə şəklini alıb: “Lerikdəki ”Relaks" istirahət mərkəzində baş verən hadisəyə gəlincə isə yayılan videolardan belə aydın olur ki, Vergilər Nazirliyinin əməkdaşlarına, yəni hakimiyyət nümayəndələrinə qarşı cinayət qrup şəklində törədilib. Yayılan məlumatlardan o da aydın olur ki, nazirlik əməkdaşlarına qarşı qabalıq edən, onlara əl qaldıran dəstənin rəhbəri rolunda deputatın oğlu çıxış edib. Qrup şəklində törədilən cinayət əməlləri adətən nəzərdə tutulan maddənin sanksiyasının ən yuxarı həddində cəza tətbiqini şərtləndirir.

CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

CM-in 315.2-ci maddəsinə əsasən bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə - 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Hüquqşünas deyir ki, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının iş üzrə dəstə başçısı olaraq tanınması onun vəziyyətini ağırlaşdıra bilər: “İstintaq videoları əsas götürüb iş üzrə araşdırma aparsa, Mirhəmid Nərimanlını nəticə etibarı ilə 8 il və daha artıq müddətə azadlıqdan məhrum edilməsinə əsas yaranar. Onunla bərabər tutulan şəxsləri də az cəza gözləmir”.

Hüquqşünas deyir ki, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı hakimiyyət nümayəndəsinə zor tətbiq edən ilk deputat övladı deyil: “2 il əvvəl eks-deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəni də hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etdiyinə görə həbs etmişdilər. Sonradan onun barəsində prokuror 4 il cəza istədi, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova 3 il həbs cəzası çıxardı. Əlihüseyn Salahzadə 1 nəfərə - ”Azərsu" əməkdaşına bir sillə vurmuşdu. Buna görə ona 3 il azadlıqdan məhrum etmə cəzası verilib. İqbal Məmmədovun oğlu isə başının dəstəsi ilə Vergilər Nazirliyinin işçilərinə qarşı daha aqressiv davranış göstərib, dövlətə məxsus maşınlara daş atıblar. Bu, dövlətə qarşı de-marşdır. Belə məsələlərdə şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır ki, gələcəkdə bir daha təkrar olunmasın".

Hüquqşünas oğlunun hərəkətinə görə deputat İqbal Məmmədovun cəzalandırılması perspektivinin olduğunu da qeyd edib: “2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov idarə etdiyi ”BMW" markalı, Az 10 OG 300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib etmişdi. Sonra da vətəndaşların gözü qarşısında bir qrup şəxslə sürücünü döymüşdü. Onu bu cinayətinə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etdilər. Atası Novruzəli Orucovu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən qovdular. Mümkündür ki, deputat İqbal Məmmədovla bağlı da eyni gedişatın şahidi ola bilərik. İqbal Məmmədovun karyerasının alt-üst olması da mümkündür".

Hüquqşünas Əkrəm Həsənov isə ümumən vergidən yayınma halına görə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən müvafiq vergi məbləğinin 50 - 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bildiyini deyib: “Yəni vergi ödəyicisi ödəmədiyi vergi ilə bərabər büdcəyə sanksiya üzrə məbləği də ödəməlidir. Bu, sırf iqtisadi məsuliyyətdir. Eyni zamanda vergidən yayınma əlavə olaraq inzibati və ya cinayət məsuliyyəti ilə də nəticələnə bilər. Az miqdarda (20.000 manatadək) vergidən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyət nəzərdə tutulub: Müvafiq məbləğinin 30 faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Amma bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. 20.000 manatdan artıq yayınma Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, 20 min - 100 min manat arası yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya 100 min manat miqdardan artıq yayınma olduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma bu əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur”.

Yayılan son məlumatlar onu deməyə əsas verir ki, deputat İqbal Məmmədovun “Relaks” istirahət mərkəzində vergidən yayınma halları illərdir ki, davam edir.

“Rəsmi açıqlamadan bəlli olur ki, ”Relaks" bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər 1 obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib". Bunu isə iqtisadçı ekspert Vüqar Bayramov deyib. İqtisadçı unikal.org-a bildirib ki, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub: “14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlərlə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır. Aydındır ki, ”Relaks" az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq".

İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı ile ilgili görsel sonucu

“Relaks” istirahət mərkəzinin necə vergidən yayınması ilə bağlı təfərrüatları da üzə çıxıb. Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları avqust ayının 16-dan “Relaks” istirahət mərkəzində yoxlama aparır. Yoxlamalar zamanı ciddi qanunvericilik pozuntuları aşkarlanıb. Aşkarlanan pozuntular çərçivəsində “Relaks” istirahət mərkəzində ciddi vergi sanksiyaları tətbiq olunmaq üçün müvafiq sənədlər tərtib edilib. Aparılan yoxlamalar zamanı məlum olub ki, 2017-ci ildə vergidən yayınmaq üçün Milli Məclisin deputatı İqbal Məmmədov obyekti 20-yə yaxın qohum və tanışlarının adına rəsmiləşdirib: “Relax” hoteli qardaşı və oğlunun, çayxana və restoranların hər biri isə başqa-başqa adamların adına sənədləşdirilib. Adı “Relax” MMC olsa da, demək olar ki, bu obyektdə MMC-lik heç nə saxlanılmayıb. Bununla belə, istirahət mərkəzinə gələn müştərilərin sayı rəsmi sənədlərdə azaldılıb, xərcləri isə şişirdilib. Ümumilikdə istirahət mərkəzində külli miqdarda vəsaitin vergidən yayındırılması aşkarlanıb. Vergilər Nazirliyinin əməkdaşları baş verən qanun pozuntuları ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlını məlumatlandırıblar. Bu da Mirhəmid Nərimanlının ciddi narazılığına səbəb olub. Tərəflər arasında baş verən söz atışması sonda əlbəyaxa davaya səbəb olub.

Onu da qeyd edək ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti “Relaks” istirahət mərkəzində bu il bir neçə dəfə də vergidən yayınma halları aşkarlayıb və bununla bağlı sanksiyalar tətbiq edib. Amma “Relaks” rəhbərliyi bu sanksiyalardan çəkinməyərək, yenə də eyni əməllərini təkrarlayıb. 28 mart 2019-cu il tarixində “Relaks” MMC qərarın ləğv edilməsi barədə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə işə 30 aprel 2019-cu ildə baxılması qərarını verib. Həmin gün apelyasiya instansiyasında keçirilən məhkəmə prosesində 6 saylı Ərazi Vergilər Departamentinin qərarı qüvvədə saxlanılıb.

İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı ile ilgili görsel sonucu

Məsələnin ən ilginc tərəfi isə odur ki, eyni insident 2017-ci ildə də baş veribmiş!

Sayt yazır ki, deputatın rəhbəri olduğu obyektdə 2017-ci ildə də oxşar insident olub. Həmin vaxt buna görə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin şikayəti əsasında “Relaks” MMC-nin rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 602.4 (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması) maddəsi ilə iş başlanıb.

“Relaks” bu qərara görə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədən İXM-nin 602.4 maddəsinin ləğv edilməsini tələb edib. Məhkəmə “Relaks” MMC rəhbərliyinin iddiasını rədd edib.

“Relaks”dakı məlum olaydan sonra deputat İqbal Məmmədovun ən müxtəlif sahələri əhatə edən biznesi haqda məlumatlar da ortaya çıxıb:

“Kaspi Yıldız” şirkətlər qrupu (hotellər, restoranlar),

“Relaks” şirkətlər qrupu (Lerikdə “Relax” istirahət mərkəzi də bura daxildir),

Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,

Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,

Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,

Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil,

Xətai rayonu, Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil,

Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti),

Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm şirkəti),

Lerik rayonunda donuz ferması,

Lerik rayonunda dəvəquşu ferması,

“Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir),

Piran kənində şeben və kərpic fabrikləri,

Şüvəlan və Novxanıda villa,

Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,

Ukrayna, Belarus və Rusiyada ticarət obyektləri və mənzillər,

İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

Lerik rayonunda villalar və sairə.

Yada salaq ki, deputat oğlunun başının dəstəsi ilə qanunlardan çox uzaq düşən əməllərindən sonra ərazidə DİN-in BMCMİ əməliyyat keçirib və 6 nəfəri həbs edib. Onların arasında deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı Çingiz Məmmədovun oğlu Orxan Nərimanlı da var. Artıq deputatin digər obyektlərində də vergi yoxlamalarının başlanması haqda xəbərlər gəlməkdədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı - İDDİA

    “Relax” qalmaqalından sonra deputatın iki zavodu ...

    20-08-2019, 11:44

  • 
  • "Lerik Relax”da baş verən insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb - ŞOK GƏLİŞMƏ

    "Lerik Relax”da baş verən insidentlə bağlı ...

    19-08-2019, 11:30

  • 
  • Deputatın oğlunun şikayəti təmin edilmədi

    Deputatın oğlunun şikayəti təmin edilmədi ...

    20-09-2017, 11:52

  • 
  • Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar ortaya çıxdı

    Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc ...

    20-08-2019, 11:02

  • 
  • İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI

    İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI ...

    19-08-2019, 12:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu