Ötən gün Bakıda "Taxta bazarı" kimi tanınan ərazidə baş vermiş yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıblar.
Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, hazırda hadisə ilə əlaqədar xəstəxanalara müraciət yoxdur.
Qeyd edək ki, avqustun 22-də "Baksol yolu" yaxınlığındakı tikinti materialları bazarında yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.
Tikinti materialları bazarındakı yanğın nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?