GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Tarix: 23-08-2019, 15:37 Bölmə :Cəmiyyət Baxış: 697
Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir


İqbal Məmmədovun 109 min dollarlıq saatındakı əqrəblər “dayandırılır”; istintaq deputat oğlunun 8 ay əvvəl döydüyü iranlıları axtarır...

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı istintaq davam edir. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Mirhəmid İqbal oğlu Nərimanlı, Orxan Çingiz oğlu Nərimanlı, Pərviz Əvəzoviç Əsgərov, Famil Kamran oğlu İmanov, Rahim Bəhlul oğlu Şahverdiyev və Amir Nağızadə oğlu Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Tutulanlardan Mirhəmid Nərimanlı deputat İqbal Məmmədovun oğlu, Orxan Nərimanlı isə qardaşı Çingizin oğludur. Saxlanılanlar paytaxta gətirilib, Bakı İstintaq Təcridxanasına göndəriliblər. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Avqustun 16-da “Relax” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb. İstirahət mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmayıb. Köməyə çağırılan polisləri də “Relax” istirahət mərkəzinə buraxmayıblar, vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq olunub, nazirliyə məxsus nəqliyyat vasitələri daşqalaq edilib.

Deputat İqbal Məmmədov insidentlə bağlı məlumat yayılandan sonra belə bir hadisəni inkar edib. Az sonra isə hadisənin baş verdiyini təsdiqləyən video yayılıb. Ardından Vergilər, Daxili İşlər nazirlikləri, Baş Prokurorluq rəsmi məlumat yayaraq İqbal Məmmədovun oğlunun, qardaşı oğlunun və digərilərinin törədilən cinayət əməlinə görə həbsini təsdiq ediblər. Bundan sonra İqbal Məmmədovun səsini eşidən olmayıb. Həmçinin bəlli olub ki, deputatın qohum-qardaşının idarə etdiyi, ilin 4 fəsli fəaliyyətdə olan obyektə görə il ərzində cəmi 972 manat vergi ödənilib. Bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. “Relax” istirahət mərkəzində qiymətlər haqda paylaşımlar edən istifadəçilər bu məbləğin il ərzində qutab satmaqla məşğul olan Səkinə xaladan alınan vergiyə bərabər olduğunu yazırlar. Qeyd edirlər ki, 14 hektar sahəsi, 20 obyekti olan istirahət mərkəzində qiymətlərin Şarm-Əl Şeyx kurort zonasını üstələdiyini qeyd edirlər.



Yazırlar ki, qolunda 109 min dollarlıq saat gəzdirən deputatın istirahət mərkəzində hovuzdan istifadəyə görə adambaşı 20 manat, “Kvadrasikl” 50 manat, raftinq 40 manat, bir gecə qalmaq 130-150 manatdır. Yeməklərin qiymətləri də kəllə-çarxdadır - 1 tikə kabab 8 manata, spirtli içkilər isə az qala 3-4 qat qiymətə satılır. Belə bir obyektin il ərzində 972 manat vergi verməsi, sadəcə, vergi ödəməməsi anlamındadır.

Sosial şəbəkə istifadəçiləri sual edirlər ki, əgər “Relax” İqbal Məmmədovun deyil, sahibi digər sıradan bir iş adamı olsaydı, belə hərəkətlərə yol verilməzdi. Üstəlik, deputatın obyektinə gələn vergi müfəttişləri döyülməz, faktiki olaraq, dövlətə məxsus nəqliyyata daş atılmazdı.

Gələn məlumatlar onu deməyə əsas verir ki, İqbal Məmmədov hazırda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşməyə can atır, oğlunu, qardaşı oğlunu heç olmasa istintaq dövründə ev dustaqlığına çıxarmağa çalışır. Onun bu çabalarının nəticə verməyəcəyi, hakimiyyət nümayəndələrinə zor tətbiq edən, dövlətə məxsus nəqliyyat vasitələrini yararsız hala salan deputat oğlunun istintaq dövründə azad olunmayacağı deyilir.

İstintaq hazırda mətbuatda İqbal Məmmədovun yaxınlarının, xüsusilə oğlunun “Relax”da etdiyi qanunsuzluqlar, zorakılıqlala bağlı məlumatlar toplayır, şahidlərin, zərərçəkənlərin müəyyən edilməsi istiqamətində iş aparır. Belə məlumatlardan biri 8 yanvar 2019-cu ildə AzToday.az saytında yayılıb. Həmin xəbər belə idi. Sitat: “Lerikin deputatı İqbal Məmmədovun oğlu 31 dekabrda ”Relax" istirahət mərkəzində dava salıb. Bu barədə hadisə şahidləri AzToday.az-a məlumat veriblər. Onlar deyiblər ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. Mənbə bildirib ki, deputatın oğlu “butulka” ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb".

Həmin vaxt deputat İqbal Məmmədov AzToday.az-a açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, bayram günlərində özü də “Relax”da olub və məlumat həqiqətəuyğun deyil: “Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.

Son insidentdən sonra İqbal Məmmədovun mandat məsələsi də müzakirə olunmaqdadır. Vergidən yayınan, vergi müfəttişlərinə əl qaldıran, dövlətin əmlakına ziyan vuran birinin yaxasında Azərbaycan bayrağı, cibində deputat “knijka”sı gəzdirməsi suallar yaradıb. İstintaqın gedişindən asılı olaraq bu məsələyə baxılması da gündəmdədir./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Relax”da 1 tikə kabab 8 manata satılıb – SENSASİON FAKTLAR

    “Relax”da 1 tikə kabab 8 manata satılıb – ...

    23-08-2019, 13:34

  • 
  • "Lerik Relax”da baş verən insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb - ŞOK GƏLİŞMƏ

    "Lerik Relax”da baş verən insidentlə bağlı ...

    19-08-2019, 11:30

  • 
  • “Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı - İDDİA

    “Relax” qalmaqalından sonra deputatın iki zavodu ...

    20-08-2019, 11:44

  • 
  • Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar ortaya çıxdı

    Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc ...

    20-08-2019, 11:02

  • 
  • İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI

    İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI ...

    19-08-2019, 12:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu