Dələduzluqda ittiham edilərək axtarışa verilən və 6 il sonra həbs edilən iş adamı hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, T.Namazov Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbərlərindən biri olub. O, eyni mənzili bir neçə nəfərə satmaq yolu ilə dələduzluqda ittiham edilir.
Belə ki, T.Namazovun vasitəsilə şirkət tərəfindən 18 nəfərə 31 mənzil satılıb və vətəndaşlara 568 min manatlıq ziyan dəyib. T.Namazov barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk edib. Onun barəsində axtarış qərarı çıxarılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?