GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Ehsan qadağası”nın 5 ili: əməl etməyənlərin 4 minlik çadırları...

“Ehsan qadağası”nın 5 ili: əməl etməyənlərin 4 minlik çadırları...

Tarix: 27-08-2019, 10:53 Bölmə :Cəmiyyət Baxış: 625
“Ehsan qadağası”nın 5 ili: əməl etməyənlərin 4 minlik çadırları...


Ekspert: “Bunun dini baxımdan heç bir əsası yoxdur”

Azərbaycanda “ehsan qadağası”nın tətbiqindən 5 il zaman keçir. Ötən illər ərzində qadağaya əməl edib, yas mərasimlərində, sadəcə olaraq, çay və halva verənlər də oldu, bu qadağaya məhəl qoymayanlar da. Məlumat üçün bildirək ki, Azərbaycanda yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başlayıb. Bütün ölkə boyu ehsan süfrələrinin açılmaması tövsiyə olunub. Bəzi yerlərdə qadağaya riayət etməyənlərin təşkil etdiyi məclisdən ərzaq və yemək müsadirə edilib. Hətta bəzi rayonlarda bu işə polis, icra və bələdiyyə orqanları cəlb olunub.

Hazırda mərasim evlərində nələr verilir və qiymətlər necədir?

“Yeni Müsavat” olaraq bu istiqamət üzrə kiçik bir araşdırma edib, fantastik rəqəmlərlə üzləşdik. Əvvəla onu qeyd edək ki, artıq mərasim evlərinin sahibləri müasir texnologiyadan yüksək qaydada faydalanıb, öz elan və məlumatlarını sosial şəbəkələr, axtarış saytları üzərindən yayırlar. Bu məlumatlarda istər çadır, istərsə də mərasim evlərinin ölçü və vəziyyəti də qeyd edilir. Qiymətləri isə yalnız müraciət etdikdən sonra özəl olaraq bildirirlər. Ümumilikdə yas mərasiminin təşkili üçün 2-4500 manat arasında qiymətlər dəyişir. Söhbət çadır və çadırda olan xidmətlərdən gedir. Əgər səsgücləndirici, molla, aşpaz, ofisiant xidməti də verilirsə, qiymətlər yuxarıda qeyd etdiyimiz həddə qədər yüksəlir. Boş çadırlar 1 gün olmaq şərtilə 350-500 manata icarə verilir. Boş çadır verilən zaman onun quraşdırılması və sökülməsi də qeyd edilən qiymətə daxildir. Ofisiant qiymətləri isə 15 manatdan başlayır. Mollalar 150-200 manata məclisi aparırlar.

Yas mərasiminin təşkili üçün qiymətlər 2000-4000 manat arasında dəyişir.

Ancaq səsgücləndirici mikrofon, molla, aşpaz, ofisiant sifariş verdikdə qiymətlər artır. Boş çadırlar 24 saat müddətinə 400-500 manata da kirayə verilir. Bu zaman işçilər gəlib yalnız boş çadırı quraşdırıb gedəcəklər. Bir ofisiantın günlük xidmət haqqı 20-30, aşpazınkı isə 50 - 80 manatdır. Molla və mərsiyə deyənlər isə məclisə 100-150 manata gəlir. Onu da qeyd edək ki, bahalı çadırlarda kondisioner, havalandırma sistemi, döşəmə, soyuq havalarda soba, yumşaq oturacaqlar, səyyar qadın-kişi ayaqyolu da daxil edilir.

Bu çadırları sifariş edənlər, eyni zamanda ehsan da verirlər.

İlahiyyatçılar isə bildirirər ki, qeyd edilənlərin heç birinin ölüyə faydası yoxdur.

“Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirib ki, uzun illər öncədən bu məsələ ilə bağlı şikayətlər olub: “2000-ci illərin əvvəllərində Qazax, Şamaxı kimi rayonlarda, Naxçıvanda, Bakıətrafı ərazilərdə yerli camaatın öz istəyi ilə bu ehsan süfrələrinin yığışdırılması cəhdi oldu. Ümumiyyətlə, ölkədə narazılıq yaşanırdı. Çünki bunun dini baxımdan da əsası yoxdur. Şəriətdə də belə bir hal var ki, ölüsü olan ailəyə 1 həftə boyu qohumları, qonşuları yemək bişirib gətirməlidir. Bu, həm də israfdır. Məlum olduğu kimi, 2014-cü ildə hökumət tərəfindən ruhanilərə, icra nümayəndələrinə tapşırıq oldu ki, yas məclislərində ehsan süfrələri yığışdırılsın. Bu, yaxşı addımdır. Düzdür, bir tərəfdən belədir ki, qanunla bu, mümkün deyil. Ancaq bunun bir əxlaqi, ictimai tərəfləri də var ki, onu da nəzərə almaq lazımdır. Belə bir adətlərin dində heç bir əsası yoxdur. Ona görə də heç kim məcbur deyil ki, ehsan süfrəsi açsın. Dində vacib şərtlərin içərisində ehsan vermək, süfrə açmaq yoxdur. Ehsan vermək yaxşılıqdır. Bunun yerinə bulaq, yol da çəkdirmək olar. Əgər imkanın yoxdursa, bunları etməkdə məcbur deyilsən. Ona görə də ehsan süfrəsinin ləğvi məsələsinin gündəmə gətirilməsi yaxşı hal idi. İlk illərdə sərt addımlar atıldı. Çoxlu mağarlar, mərasim evləri var. Bu da bir növ biznes faktoruna çevrilib. Ehsan qadağasının tətbiqini əngəlləyən səbəblərdən biri də budur. Ona görə də ehsan süfrəsini tamamilə yığışdırmaq olmadı. İlk aylarda ehsan qadağasını sərt formada tətbiq etdilər. Düşünürəm ki, bir qədər yumşaq formada edilsəydi, yavaş-yavaş insanlar bu adətdən əl çəkərdilər. Bildiyim qədər hazırda ölkənin bir çox hissələrində ehsan süfrəsi açılmır. Ancaq açılan yerlər də var. Əvvəllər yalnız uzaqdan gələnlərə süfrə açılırdı, getdikcə bu, israf halını aldı”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ilk dəfə: Rüşvət verib ehsan süfrəsi açdılar

    Azərbaycanda ilk dəfə: Rüşvət verib ehsan süfrəsi ...

    16-10-2014, 16:28

  • 
  • Bakının bu kəndində yas mərasimlərində yemək verilməyəcək

    Bakının bu kəndində yas mərasimlərində yemək ...

    6-09-2017, 15:56

  • 
  • Toy mərasimləri ilə bağlı şok qərar

    Toy mərasimləri ilə bağlı şok qərar ...

    11-09-2014, 11:32

  • 
  • Şeyxdən “ehsan tənzimləmələri”nə sərt reaksiya

    Şeyxdən “ehsan tənzimləmələri”nə sərt reaksiya ...

    16-09-2014, 10:23

  • 
  • Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul cəzası

    Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul ...

    8-09-2014, 13:25


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu