Hökumətin yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı başladığı proses toylara da şamil olunacaq.
Şadıq saraylarına mühüm təlimat verilib. http://axar.az/cdn/2014/september/11/1410385848.jpg Xəbərdə deyilir ki, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək.
Belə ki, süfrəyə qoyulan nemətlərin çeşidi azaldılacaq, qiymətlər isə ucuzlaşacaq. Restoranlara tapşırıq verilib ki, menyu 15-25 manat civarında olmalıdır.
Məlumatda bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacağı xəbərdarlığı edilib.
Yada salaq ki, yas mərasimlərində ehsan verilməsi sadələşdirilib, süfrəyə çay, limon, halva və qənd verilir. Artıq bir çox şəhər və rayonlarda icra hakimiyyətləri müvafiq tapşırıqlar veriblər. (axar.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?