Erməni əsilli "kriminal avtoritet" Arman Caninyan 20 ildən sonra "oğru" adına qovuşa bilib.
Gundemxeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı məşhur "Prime Crime" saytı yayıb. Məlumatda bildirilir ki, "Kalujski" ləqəbli erməni "kriminal avtoritet"ə 1996-cı ildə digər bir erməni "kriminal avtoritet" Maels Mkrtçayan tərəfindən "oğru" titulu verilib. Daha sonra - 1999-cu ildə "Kalujski"nin "oğru" titulu əlindən alınıb. Bildirilir ki, 20 ildən sonra - avqust ayının 26-da Azərbaycanlı "qanuni oğru" "Lotu Quli"nin iştirakı ilə keçirilən "sxodka"da (toplantı) Arman Caninyanın "oğru" titulu geri qaytarılıb. Məlumatda qeyd olunur ki, "sxodka"da "Lotu Quli" ilə bərabər Otari Totoçiya ("Batya") və Yura Usoyan ("Lazarevski") iştirak edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?