Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.//Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?