GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AXCP fəalının polis bölməsində olduğu deyilir

AXCP fəalının polis bölməsində olduğu deyilir

Tarix: 11-09-2019, 12:22 Bölmə :Cəmiyyət Baxış: 633
AXCP fəalının polis bölməsində olduğu deyilir


Sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin qarşısında saxlanaraq naməlum istiqamətə aparıldığı deyilən AXCP üzvü Ruslan Əmirli gecəni Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsində keçirib.

AXCP-dən verilən məlumata görə, hazırda Ruslan Əmirli Yasamal Rayon Məhkəməsinə gətirilib.

“Amma məhkəmədə iştirak etmək istəyən, binanın qarşısına toplaşan insanları burdan uzaqlaşdırırlar", - AXCP-dən vurğulayıblar.

Öz növbəsində AXCP sədr müavini Gözəl Bayramlı facebook səhifəsində yazır ki, AXCP üzvləri ,digər fəallar və jurnalistlər məhkəmə zalına buraxılmayıb. Polislər jurnalistlərə qarşı zor tətbiq edib və hətta xəsarət alanlar var.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Ruslan Əmirlinin AXCP sədri Əli Kərimlini ictimai əsaslarla mühafizə etdiyi söylənir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da günorta saatlarında naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.

Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Əli Kərimlinin özünün sözlərinə görə, son günlər Facebook-da "Milli fədailər" qrupunun üzvləri Əmirlini təhdid edirdilər.

"Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib," Əli Kərimli öz Facebook səhifəsində yazıb.

Hüquq mühafizə orqanları Ruslan Əmirlinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb.

Həmçinin hüquq mühafizə orqanları AXCP fəalının harada olması ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

AXCP-yə fəallarının həbsləri və cərimələnməsi dalğası Milli Şuranın bu ilin yanvarın 19-da keçirdiyi mitinq ərəfəsinə və mitinqdən sonraya təsadüf edir.

AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 90-dək fəallı inzibati qaydada cəzalandırılıb. Onlardan 60 nəfəri 10 sutkadan 30 sutkayadək, o cümlədən bir fəal 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib.

Bu il AXCP-nin 26 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.

Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.

Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.//amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aksiya keçirən AXCP üzvləri saxlanılıb

    Aksiya keçirən AXCP üzvləri saxlanılıb ...

    21-08-2018, 11:27

  • 
  • AXCP sədri Əli Kərimli saxlanılıb

    AXCP sədri Əli Kərimli saxlanılıb ...

    28-06-2019, 14:13

  • 
  • AXCP fəalı azad buraxılıb

    AXCP fəalı azad buraxılıb ...

    2-05-2018, 14:21

  • 
  • AXCP fəalı saxlanılıb

    AXCP fəalı saxlanılıb ...

    11-06-2019, 12:01

  • 
  • AXCP fəalı saxlanılıb

    AXCP fəalı saxlanılıb ...

    8-05-2018, 13:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu