İraqın Kərbəla şəhərində Aşura mərasimi zamanı yaranmış basırıqda 31 nəfərin öldüyü bildirilir. İraqın Səhiyyə Nazirliyi həmçinin 100-dən çox insanın hadisə nəticəsində yaralandığı haqda məlumat verib.
Bildirildiyinə görə, piyada keçidin bir hissəsinin çökməsi nəticəsində yaranan basırıq zamanı Aşura mərasimində iştirak edən minlərlə zəvvar arasında panika yaşanıb.
Dünyanın hər yerindən hər il minlərlə insan Aşura mərasimində iştirak etmək üçün 680-ci ildə Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin qətlə yetirildiyi müqəddəs Kərbəla şəhərinə səfər edir.
Basırıq zamanı ölənlərin sayının daha artıq ola biləcəyi təxmin edilir.
Son illər sünni militantlar Aşura mərasimi zamanı hücumlar törədib. Lakin builki mərasim basırıq yaranana qədər dinc şəkildə keçib.
Hadisənin baş verməsidən öncə yüz minlərlə insan Kərbəla və paytaxt Bağdadın küçələrində Aşura mərasimlərində iştirak edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?