Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Qobu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Gundemxeber.Az xəbər verir ki, görüşdən əvvəl qəsəbədəki “Şəhidlər Abidəsi”nə baş çəkilib. Bundan sonra şəhid Qəribov Amil Arif oğlunun adına yeni inşa olunan abidə-bulaq kompleksinə baxış keçirilib. Sonra şəhidin anası Şəfiqə Qəribova icra başçısını evinə dəvət edib. İ.Gülməmmədova şəhidin anasının problemləri, qayğıları ilə maraqlanıb.
Daha sonra Qobu Mədəniyyət Evində baş tutan görüşdə rayonun hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
RİH başçısı İ.Gülməmmədova son illərdə rayonda və Qobu qəsəbəsində görülən işlərdən danışaraq lazimi tədbirlərin görüldüyünü, qarşıya çıxan ehtiyacların qarşılanması istiqamətində layihələrin həyata keçirildiyini bildirib.
Qəbula gələn sakinlər yeni salınan yaşayış massivlərinə telefon xəttinin çəkilməsində, daxili yolların abadlaşdırılmasında və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?