Abşeronda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Növbəti səyyar qəbul noyabrın 2-də Bakıdan 22 km məsafədə - Şubanı dağlarının əhatəsində yerləşən, təxminən 700-ə yaxın yaşı, 20 mindən çox əhalisi olan Qobu qəsəbəsində kecirilib.
Qobu Mədəniyyət Evində baş tutan görüşdə rayonun hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova qəsəbə sakinlərini salamlayaraq, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırıb.
Son illər ərzinə qəsəbədə müasir Mədəniyyət Ei, musiqi məkəbi, kitabxana, bağça, səhiyyə oçağının tikilib istifadəyə verildiyini qeyd edən rayon rəhbəri bildirib ki, bütün bunlar Qobu və qobululara daim diqqət və qayğı ayrıldığının təzahürüdür.
Abşeron RİH başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Daşdıyev, Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı əhalinin təbii qazla fasiləsiz təmin olunmasını, telefon çəkilişini, qəsəbədə parkın salınmasını, Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan “Hamam" abidə kompleksinin bərpasını, təhsil ocaqlarının istilik sistemi ilə təmin edilməsini və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran İ.Gülməmmədova əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
Rayon rəhbəri həmçinin qəsəbədə sakinlərin istirahəti ilə əlaqədar yeni parkın salınması üçün 1.5 hektar ərazinin ayrılması istiqamətində müvafiq tapşırıq verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?