Bakıda peşə fəaliyyətini yerinə yetirən jurnalist, "Amerikanın səsi"nin əməkşdaşı Tapdıq Fərhadoğlunu polislər saxlayıb.
Gundemxeber.az xəbər verir ki, jurnalistin peşə alətləri – mikrofon və kamertası əlindən alınıb, DİN-ə bağlı idarələrdən birinə aparılıb. T.Fərhadoğlunun qanuni peşə fəaliyyətini yerinə yetirməsinə zorakılıqla müdaxilə edilməsini ərazidəki başqa jurnalistlər də lentə alıblar. İdarədə jurnalistə yaxınları, vəkilləri, redaksiyası ilə əlaq1ə saxlamağa da imkan verməyiblər. Yarım saatdan artıq polisdə saxlanılan jurnalistə peşə fəaliyyətinin məzmunu ilə bağlı "tövsiyyələr” verilib. Media eksperti Xalid Ağalıyev bildirir ki, son zamanlar peşə faəliyyətini yerinə yetirən jurnalistlərə qarşı belə davranış sıx müşahidə edilir. İctimai asayişi qorumaq, təhlükəsizliyə nəzarət etmək nə qədər polisin vəzifəsidirsə, bilgi toplamaq da jurnalistləri elə o qədər vəzifəsidir. Polis də ictimiyyət üçün, jurnalist də ictimiyyət üçün çalışır. Bu üzdən qanuni peşə fəaliyyətini yerinə yetirən jurnalistə zorakılıqla, onun iradəsinin əleyhinə olaraq maneçilik törətmək işin hallarından asılı olaraq cinayət məsuliyyəti yaradır. Əlaqəli qurumlar "Amerikanın səsi”nin əməkdaşına qarşı baş verənləri araşdırmlı, gərəkli hüquqi addımlar atmalıdırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?