GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » RUSİYADAKI NÜFUZLU DİASPOR QURUMU QARABAĞ QAZİSİNİN MÜDAFİƏSİNƏ QALXDI -- BƏYANAT

RUSİYADAKI NÜFUZLU DİASPOR QURUMU QARABAĞ QAZİSİNİN MÜDAFİƏSİNƏ QALXDI -- BƏYANAT

Tarix: 24-09-2019, 18:12 Bölmə :Cəmiyyət Baxış: 818
RUSİYADAKI NÜFUZLU DİASPOR QURUMU QARABAĞ QAZİSİNİN MÜDAFİƏSİNƏ QALXDI -- BƏYANAT


"ELƏ, BİRİNCİ QRUP QARABAĞ ƏLİLİNİ İŞLƏDİB, HAQQINI VERMƏYƏNİN ÖZÜ ƏN QATI CİNAYƏTKARDIR!" -- BU, BƏYANATIN QISA MƏZMUNUDUR

Binəqədi Rayon Prokurorluğunda I qrup Qarabağ əlili Faiq Quliyevi daş karxanasında vəhşicəsinə döyüb, qabırğalarını qıranlara deyil, onun özünə cinayət işi açılmasının cəmiyyətdə böyük rezonans və hiddət doğurduğu barədə, araz.az xəbər portalı da yazılar dərc edib. Artıq, vicdan çərçivəsinə sığmayan bu cinayət işinin qurama və sifarişli olduğu barədə, ictimai fikirdə yetkin bir rəy formalaşıb. Bu saxta cinayət işinə görə, haqlı olaraq, rayon prokuroru və işin istintaqını aparan Binəqədi Payon Polis İdarəsinin istintaqçıları qınanırlar. Ən maraqlısı odur ki, Rusiyadakı fəal diaspor qurumlarımız belə, bu haqsızlığa biganə qalmayıblar. Federasiyanın bütün regionlarındakı fəal diaspor qurumlarımızı öz ətrafında birləşdirən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyası isə, bununla bağlı, rəsmi Bəyanat da verib. Assosiasiyasının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, tanınmış ictimai xadim, fəal diasporçu Mirkazım Seyidovun araz.az-ın redaksiyasına ünvanladığı həmin rəsmi sənəddə, öncə qeyd olunur ki, qonşu ölkədə məskunlaşan soydaşlarımızı bir araya gətirmək məqsədi ilə yaradılan bu Assosiasiya, harada yaşamasından asılı olmayaraq, daim haqqı tapdanan, qurama cinayət işləri əsasında həbsə atılan həmyerlilərimizin müdafiəsinə qalxmağı özünün vicdan borcu bilir: "Ölkə mətbuatında bu kriminal olay barədə oxuduqlarımız, eləcə də sosial şəbəkələrdə bu hadisə haqqında paylaşılan məlumatlar bizi olduqca narahat edir. Nüfuzlu bir diaspor təşkilatı olaraq, Faiq Quliyevin də üzləşdiyi haqsızlıq və qanunsuzluqlarla heç cür barışa bilmədiyimizi bəyan edirik. Vətən torpaqları uğrunda gedən savaşlarda qan töküb, sağlamlığını itirən həmyerlimizə qarşı bu cür aqressivlik nümayiş etdirən heç kəsi, -- kimliyindən asılı olmayaraq, -- heç cür bağışlaya bilməyəcəyimizi də qəti şəkildə bildiririk. Qarabağ qazisini işlədib, haqqını verməyən həmin şəxslərin özlərini ən qatı cinayətkar hesab edirik. Bəyəm, indi, onların anlaması eləmi çətin olub ki, həmin Vətən oğullarımız, azadlığımız naminə sinələrini düşmən gülləsinə sipər ediblər?! Axı, onların hər cür sayğıya, hörmət-izzətə layiq olduqlarını onlar da bilməli, bu sözləri hər zaman qulaqlarında sırğaya çevirməliydilər.
Ümumiyyətlə, həm faciəli övlad itkisi ilə üzləşən, həm də azyaşlı uşaq atası olan Qarabağ qazisi barədə polisə şikayət edənləri, biz, günahları bağışlanmaz vicdansızlar kimi qəbul edirik; Ar olsun, belə əqidə sahiblərinə! Onlar hər cür nifrət və lənətə layiqdirlər!
Qarabağ qazisi barəsində, yalan bir şikayətə görə, "ağına-bozuna baxmadan" cinayət işi başlayan hüquq-mühafizə orqanlarının əməlləri də, bizim tərəfimizdən qəti şəkildə pislənir.".

Bəyanatda daha sonra qeyd olunur ki, bu cinayət işində bir çox ziddiyyətli məqamların olduğu barədə mətbuatda yazılanlar, bu diaspor qurumunun ətrafında birləşən soydaşlarımızın haqlı narazılıqlarına səbəb olub. Faiq Quliyevin günahını sübut edəcək fakt və dəlillər ortaya qoyulmadığından, şahid ifadələri alınmadığından, baş verən hadisə zamanı video-çəkilişlər götürülmədiyindən, o cümlədən barmaq izləri belə cinayət işində olmadığından bu qurama cinayət işi onlar üçün çox təəssüfləndiricidir: "Bu 3 şəxs törətdikləri cinayəti ört-basdır etmək üçün, havadarlarının məsləhəti ilə, polisin 102 xidmətinə zəng vuraraq, guya, Faiq Quliyevin onları döydüyü barədə əsassız məlumat veriblər. Qarabağ əlili də, sikayət ərizəsi ilə, Binəqədi rayon 43-cü polis bölməsinə müraciət edərək, döyülməsi ilə bağlı müraciət edib. Lakin təhqiqatçı və rayon prokuroru haqlı olaraq pulunu tələb edən, nəticədə isə, vəhşicəsinə döyülən Qarabağ əlilinin deyil, onu döyənlərin tərəfində durublar. Polis işi qərəzli şəkildə və birtərəfli qaydada aparıb və zərərçəkmişin özü barəsində cinayət işi başlanılıb. Tədqiqatçının Faiq Quliyevin izahatını almaması, onu məhkəmə tibbi-ekspertizasına göndərməməsi, materialı 3 gün müddətində rayon prokuroruna göndərməsi, prokurorun da əsassız və yarımçıq "material" əsasında cinayət işi başlatması və hadisənin baş verməsinin 4-cü günü cinayət işinə başlaması sübut edir ki, bu qərəzli və sifarişli bir işdir".
Müəlliflər öz Bəyanatlarının sonunda xüsusi olaraq onu da vurğulayırlar ki, Assosiasiyanın, bu rəsmi sənədlə, cinayət işinin istintaqını aparan orqanlara təsir etmək, təzyiq göstərmək niyyəti yoxdur. Lakin təşkilat üzvləri öz soydaşlarının hüquqlarını sonadək müdafiə edib, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində müdafiəsinə imkan verən istənilən hüquqi mexanizmi işə salacaqlarını öhdələrinə götürüblər: "Bundan başqa, günahsız Qarabağ əlilinə qarşı qaldırılmış müəmmalı cinayət işinin əsl qiymətini almasına sonadək nəzarət edib, məhkəmə prosesləri zamanı onun hüquq və mənafelərini də tam qoruyacağıq. Çünki görünən əsl həqiqət odur ki, rayonun prokurorluq və polis orqanları, Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdar çıxmağına, Prezident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdükləri humanizm siyasətinə və cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamlara nəinki adekvat işləmir, əksinə bütün bu sadaladığımız faktlara və dəyərlərə qarşı çıxırlar. Əsl cinayətkarlara cinayət işi açmaq əvəzinə, Faiq Quliyev kimi qeyrətli Azərbaycan oğluna, I qrup Qarabağ əlilinə qanunsuz və əsassız cinayət işi açılması, onun cinayətkar hesab edilməsi yolverilməzdir!".
Bir daha xatırladaq ki, ehtiyac ucbatından Binəqədi ərazisindəki daş karxanasında günəmuzd işləyən, lakin əmək haqqını tələb etdiyi zaman həmin karxananın İbrahim, Ayaz və Eyvaz adlı 3 nəfər qoluzorlu işçisi tərəfindən vəhşicəsinə döyülərək, şil-küt edilən, bu azmış kimi, saatlarla içəri salınaraq, zirzəmidə qapısı bağlı saxlanan, üstəlik polisə verilən I qrup Qarabağ əlilinin başına gətirilənlər barəsində, əməkdaşlarımız, jurnalist araşdırmalarının nəticəsi olan bir neçə yazı hazırlayaraq, saytımızda dərc ediblər. Bu kriminal olayın geniş şərhi verilən həmin məqalələrdə bildirilir ki, ciddi bədən xəsarətləri alan əlil vətəndaş indiyədək yataq xəstəsidir. Məhkəmə tibbi-ekspertizasının verdiyi rəydə göstərildiyi kimi, sol döş qəfəsindəki yeddinci qabırğası sındırılan Faiq Quliyevin vəziyyəti indiyədək yaxşı deyil.
Müəmma dolu bu cinayət işi barədə ətraflı məlumat almaları üçün, dəyərli oxucularımıza linkini aşağıda verdiyimiz araşdırma yazılarımızı oxumalarını məsləhət görürük:

http://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/6347-m-k-hagg-n-t-l-b-etdi-v-hsidz-sin-doeyueldue-polis-verildi;

http://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/6349-dz-khard-zh-khuesusi-zh-rarla-hakim-d-prokurorun-zhuenahkar-olduzhunu-t-sdizhl-yir-fakt
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokurorun açdığı cinayət işinin arxasında hansı qüvvələr dayanır?-ŞOK GƏLIŞMƏ

    Prokurorun açdığı cinayət işinin arxasında hansı ...

    21-09-2019, 14:33

  • 
  • 1-ci qrup Qarabağ əlilinin başına gətirilən oyunlar-ŞOK OLAY

    1-ci qrup Qarabağ əlilinin başına gətirilən ...

    18-09-2019, 11:49

  • 
  • Qarabağ əlili özünü yandırdı

    Qarabağ əlili özünü yandırdı ...

    25-12-2013, 12:29

  • 
  • Rusiyada azərbaycanlı diaspor rəhbəri öldürüldü

    Rusiyada azərbaycanlı diaspor rəhbəri öldürüldü ...

    11-09-2017, 17:45

  • 
  • Bakıda Qarabağ əlili ölüncəyə qədər döyülüb

    Bakıda Qarabağ əlili ölüncəyə qədər döyülüb ...

    6-02-2018, 13:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu