Binəqədi rayon prokuroru Nazim İmanovun, I qrup Qarabağ əlili Faiq Quliyevi daş karxanasında vəhşicəsinə döyənlərə, onun qabırğalarını qıranlara deyil, Faiqin özünə cinayət işi açması, cəmiyyətdə böyük rezonans və hiddət doğurub. Artıq hər kəs, haqlı olaraq bu “cinayət işinin” qurama və sifarişli olduğunu düşünür.
Sən demə, yetənə-yetib, yetməyənə “cinayət işi açmaq” bu prokurorun qəribə mərəzlərindən biri imiş... Görünən odur ki, prokuror Nazim İmanov, Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdar çıxmağına, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yürütdükləri humanizm siyasətinə və cəzaların humanistləşdirilməsi ilə bağlı İlham Əliyevin imzaladığı sərəncamlara nəinki adekvat işləmir, əksinə bütün bu sadaladığımız faktlara, dəyərlərə qarşı çıxır. Deyilənə görə N.İmanov, əlinə düşən ilk fürsətdə istədiyi kimi, “ağına-bozuna” baxmadan, şəxsi maraqlarına uyğun, günahı oldu-olmadı vətəndaşlara cinayət işi açmağa həvəslidir. Əldə etdiyimiz məlumata görə, onun qurbanlardan biri də, bu günlərdə barəsində məhkəmə tərəfindən bəraət hökmü çıxarılmış Cəlilov Mübariz Nəsrulla oğludur. Gözünü qan örtmüş prokuror onun barəsində, əsassız və qanunsuz, “şəxsi mandatına” uyğun olaraq, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (narkotiklərin qanunsuz dövriyyəsi) cinayət işi başlayıbmış. Binəqədi Rayon Məhkəməsinin ədalətli hakimi Vüsal Tağıyev, həmin iş üzrə məhkəmə istintaqı aparmış və müəyyən etmişdir ki, Mübarizə Nazim İmanov və Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşları əssasız və qərəzli şəkildə cinayət işi açıblar. Bu qanunsuz əməlləri aşkar edən hakim Tağıyev, məhz buna görə də, xüsusi qərar çıxarıb. Xüsusi qərarın mahiyyəti odur ki, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror Nazim İmanovun barəsində araşdırma aparılmalı və o, komandasıyla birlikdə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin görünən odur ki, Azərbaycan Respublikası adından çıxarılan qərar Binəqədi rayonunda keçmir. Əks təqdirdə, Nazim İmanov cəzalandırılar və Faiq Quliyev kimi qeyrətli Azərbaycan oğluna, I qrup Qarabağ əlilinə qanunsuz və əsassız olaraq cinayət işi açmaq imkanına malik olmazdı.
Sorğu
Yeni dizaynımız necədir?