GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Məmmədov əmlaklarını satır, yoxsa blef edir-təfərrüat

Fazil Məmmədov əmlaklarını satır, yoxsa blef edir-təfərrüat

Tarix: 25-09-2019, 14:00 Bölmə :Cəmiyyət Baxış: 342
Fazil Məmmədov əmlaklarını satır, yoxsa blef edir-təfərrüat


Sabiq nazirə aid olan “AtaBank”ın maliyyə vəziyyəti düzəlmir; mümkündür ki, tez-tez “satıram”, “maliyyə vəziyyətim pisdir” kimi xəbərlərin tirajlanmasında F.Məmmədovun özü maraqlı olsun...

Hələ iyul ayının sonlarında “Yeni Müsavat” sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin maliyyə durumunun kritik həddə qədər pisləşməsi barədə xəbər yazmışdı. Yada salaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə, 14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.

Bildirilirdi ki, F.Məmmədov “AtaBank”ın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub. Xəbərlərə görə, buna səbəb eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürməsi, rəhbərlik arasında da kəskin konfliktin olması qeyd edilirdi. Ancaq hələ o vaxt da bəzi ekspertlər hesab edirdi ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Fazil Məmmədovun bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunurdu. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.

“”AtaBank"da böhranlı vəziyyət günü-gündən pisləşir. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakın da satışa çıxarıldığı bildirilir". Bu xəbəri azpolitika.info-ya bankda gedən proseslərdən məlumatı olan mənbə verib. Mənbənin iddiasına görə, son zamanlar “AtaBank”ın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb: “Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən narazıdırlar. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. ”AtaBank"la bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Administrasiyasına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar. Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan da heç bir xəbər yoxdur. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir. Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olmuşdur".

Məlumatda daha sonra qeyd olunur ki, bankın ağır duruma düşməsi səbəblərindən biri də bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keçirilməklə, yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsidir. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün isə bankın gəlir mənbəyi yoxdur, hətta vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var. Bu səbəbdən də son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir. Amma o da vurğulanır ki, 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq.

Maraqlıdır ki, bankın saytında İdarə Heyətinin sədri Dəyanət Quliyev, müavini isə Etibar Babaşlı göstərilib. 1983-cü ildə Bakı şəhərində anadan olan Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Sonda onu da vurğulayaq ki, keçmiş məmur-oliqarx Fazil Məmmədovun əmlaklarını satışa çıxarması barədə xəbərlər yeni deyil. Bundan əvvəl də bildirilirdi ki, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikanəsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Məlumatlı mənbə iddia edirdi ki, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb. Amma bu xəbərlərin nə qədər səhih olduğu bu günədək təsdiqlənməyib. Mümkündür ki, sabiq nazir tez-tez bu cür “satıram”, “maliyyə vəziyyətim pisdir” kimi xəbərlərin tirajlanmasında maraqlı olsun.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədova verilən baxt bitir - Bacısı oğlunun rəhbərlik etdiyi bankın taleyi necə olacaq?

    Fazil Məmmədova verilən baxt bitir - Bacısı ...

    19-03-2019, 11:57

  • 
  • Fazil Məmmədovun "silib-süpürdüyü" BANKDA BÖHRAN – “AtaBank” rəhbərliyində ikihakimiyyətlilik yaranıb

    Fazil Məmmədovun "silib-süpürdüyü" ...

    1-03-2019, 12:33

  • 
  • YEZNƏSİ FAZİL MƏMMƏDOVUN BANKINI “SİLİB-SÜPÜRÜB”! –  “AtaBank”la bağlı şok iddialar

    YEZNƏSİ FAZİL MƏMMƏDOVUN BANKINI “SİLİB-SÜPÜRÜB”! ...

    15-04-2019, 11:24

  • 
  • Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”?

    Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”? ...

    26-06-2019, 13:37

  • 
  • Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə görən “AtaBank”dır”

    Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə ...

    14-05-2019, 11:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu