Sentyabrın 25-də Ali Məhkəmə bəraət tələb edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Məhərrəmov və Babək Həsənovun, həmçinin partiyanın keçmiş üzvü Saleh Rüstəmovun şikayətlərinə baxıb.
Ali Məhkəmə Saleh Rüstəmovun həbs müddətini iki ay (7 il 3 aydan 7 il 1 ayadək) azaldıb.
Aqil Məhərrəmov və Babək Həsənovun barəsində hökm dəyişməz saxlanılıb.
Bu il fevralın 27-də Saleh Rüstəmov qanunsuz sahibkarlıq və qanunsuz əldə olunmuş gəlirlərin leqallaşması ittihamları ilə həbs edilib.
Aqil Məhərrəmov və Babaək Həsənov həmin ittihamlar üzrə üç il azadlıqdan məhrum olunublar.
AXCP hesab edir ki, əslində onları həbsdə olan fəalların ailələrinə maliyyə yardımı göstərdiklərinə görə tutublar. Hüquq müdafiəçiləri mühakimə olunanları siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hökuməti isə insaların siyasi mövqeyinə görə təqib olunmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu bəyan edib.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri yüz iyirmiyədək insanı siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ölkədə ondan çox insanı "`vicdan məhnusu" elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?