Gəncədə qaçırılan 3 uşaq anası barədə yeni təfərrüatlar məlum olub.
Gundemxebet.Az bildirir ki, Lent.az -ın əldə etdiyi məlumatlara görə, hadisə baş verməzdən 1 saat əvvəl qadının həyat yoldaşı Ramin Hüseynov onunla telefon əlaqəsi saxlayıb. Qadın ərinə deyib ki, evə gələndə çörək alsın, səsi də gümrah olub. Bu danışıqdan təxminən 1 saat sonra ər evdə olub. Ailənin övladları isə Ramin Hüseynovun ata evində olduğu üçün Vüsalə Hüseynova evdə tək qalıbmış.
Ər evə gələndə qapının açıq olduğunu görür. Evdə isə hər yerdə qan izləri. Yataq otağı diğər otaqlardan daha çox dağılmış vəziyyətdə olub. Məlumata görə, qadının ciddi müqavimət göstərdiyi evin hər halından bəlli olurmuş. Amma hadisənin qaçırma və ya başqa cinayət olması ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayon sakini 1990-cı il təvəllüdlü 3 uşaq anası olan Vüsalə Hüseynova sentyabrın 21-də evinin qabağından qaçırılıb.
Qohumları onun həyat yoldaşı Ramin Hüseynovun işdən evə qayıdanda pəncərənin şüşəsinin sındığını və yerdə qan damlaları gördüyünü bildirir. Bundan əlavə, evdə hər şey alt-üst edilibmiş. Buna görə qohumlar naməlum şəxsin mənfəət üçün evə girdiyini və çıxarkən qadını özü ilə apardığını ehtimal ediblər.
Lakin Gəncə Şəhər Polis İdarəsi heç bir oğurluğun olmadığını bildirir. V.Hüseynova özü evdən qaçıb. Buna görə fakt oğurluq yox, itkin düşmə kimi qeyd olunub. Üstəlik, oğurluq faktının uyğunsuzluğu başqa bir versiyada da özünü göstərir. Belə ki, Hüseynovlar ailəsinin o qədər maddi imkanı yoxdur ki, cinayətkarlar qadını pul almaq məqsədilə qaçırsın.
Hazırda müstəntiqlər itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur. Gəncə Baş Polis İdarəsindən verilən məlumata görə, polisdə artıq qadını tapmaq üçün ipucları da var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?