GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda qəza törədib qaçan “S-class”ın xanım sürücüsünü kim himayə edir? - "Mayor Qafar deyir ki, əxlaqlı xanımdır..."

Bakıda qəza törədib qaçan “S-class”ın xanım sürücüsünü kim himayə edir? - "Mayor Qafar deyir ki, əxlaqlı xanımdır..."

Tarix: 15-10-2019, 13:43 Bölmə :Cəmiyyət Baxış: 514
Bakıda qəza törədib qaçan “S-class”ın xanım sürücüsünü kim himayə edir? - "Mayor Qafar deyir ki, əxlaqlı xanımdır..."


"Dövlət Yol Polisində baş verən özbaşınalığın, harın adamların necə pərdələnməsinin, daha doğrusu etdiyi cinayətdən necə yayındırılmasına sizin diqqətinizi yönəltmək istəyirəm. Burdan birbaşa daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edirəm ki, polisdə baş verən bu süründürməçiliyi şəxsi nəzarətinə götürsün”.

Gundemxeber.Az xəbər verir ki, bu sözləri jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, 9 oktyabır saat 20-17 radələrində qardaşı Qəribov Ramin Qərib oğlunun idarə etdiyi 99 GC 987 dövlət nömrə nişanlı avtomobil bir xanımın idarə etdiyi 10 PC 082 dövlət nömrəli "Mersedes S Klass” maraklı avtomobil tərəfindən vurulub:
"Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. Xanım sürücü avtomobili saxlamayaraq, hadisə yerindən qaçıb. Bütün bu hadisə "TS 6049” nömrəli kameranın altında baş verib. Yəni hadisənin necə baş verdiyini ordan əldə olunan görüntülərlə müəyyən etmək olar. Qardaşım həmin xanımın dalısıca gedib, görüb ki, maşını varlı insanların yaşadığı məhlə kimi tanınan ərazidə saxladı. Qardaşım deyir ki, xanım maşından düşən zaman anlaqlı vəziyyətdə olmayıb və onu söyməyə başlayıb. Sonra bildirib ki, gedib hara istəyir, şikayət etsin. Hətta qardaşımı ən pis formada söyüb, təhqir də edib.
Baş verən hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Pollisinə rəsmi şikayət edilib. Şikayəti həmin idarənin 4-cü mərtəbəsində əyləşən Qafar adlı bir mayor qəbul edib. Maraqlıdır ki, hadisədən 3 gün keçməsinə baxmayaraq, Qafar müəllim həmin xanımı məsuliyyətə cəlb etmək istəmir. Cənab polkovnik hadisəyə qanunun tələbləri çərçivəsində deyil, centelmen sayağı yanaşmağa üstünlük verir. Zəng vurub qardaşımdan dəyən ziyanın məbləğini soruşur və söz verir ki, həmin məbləği xanıma ödətdirəcək. Dünən və bu gün cənab mayorla mənim özüm də danışmışam. Hiss edirəm ciddi cəhdlə xanımı müdafiə edir və deyir ki, həmin xanım çox əxlaqlı birisidi, hətta hətta Həccdə də olub. Hər halda, kimin hansı əxlaqi kriteriyaların daşıyıcısı olmasını DYP araşdırmamlıdır. Heç bizim şikayətimiz də bununla bağlı deyil. DYP-nin əməkdaşı olan Qafar müəllimin borcudur ki, şəxsiyyəti bəlli olan və barəsində rəsmi şikayət edilən, qəza törədib hadisə yerindən qaçan xanımla bağlı dərhal hüquqi ölçü götürsün.
Qanunun tələblərinə görə, həmin xanımın idarə etdiyi avtomobilə dərhal saxlanma əmri verilməlidir və avtomobil cərimə meydançasına gətirilməlidir. Qafar müəllim isə deyir ki, xanım psixotrop dərmanlar qəbul edir, müalicə olunduğuna görə DYP-yə, yəni onların çağrışlarına gələ bilmir. Cənab mayor bilməlidir ki, həmin xanımı ora dəvət yox, gətizdirmək lazımdır. Çünki o qanunu pozub, inzibati xəta törədib.
Polkovnik isə deyir ki, bu işi birinci gün yoluna qoya bilər. İndi fikir verin, yolda getdiyimiz yerdə kimsə bahalı bir maşınla bizi vurub qaçır, bizə ciddi ziyan dəyir, amma biz həmin xanımın kimin tərəfindənsə himayə olunduğuna görə, 5 gün gözləməliyik. Hələ bilmirik ki, 5 gün sonra Qafar müəlim hansı qərarı qəbul edəcək. Mayor deyir ki, qanunla onun bu işi araşdırmaq üçün 15 gün vaxtı var. Yox, Qafar müəllim, siz dediyiniz başqa araşdırma predmetlərinə aiddir. Həmin maşın hal – hazırda da xanım tərəfindən idarə olunur.
Ətrafda yaşayan vətəndaşlardan soruşmuşuq, hadisədən sonra da hər gün maşını sürdüyünü görürlər. İndi biz gözləyirik ki, o bahalı maşını ilə növbəti qəzaları, bəlkə də cinayətləri törətsin? Qafar müəllimin həmin xanımın vəkili qismində çıxış etməsi, şikayəti qanunvericiliyin tələbləri çərçivəsində araşdırmaması məndə ciddi şübhələr yaradıb. Bu səbəbdən də məsələnin DYP rəhbərliyi və DİN tərəfindən ciddi araşdırılmasını tələb edirik”.
Xanım sürücünün hadisə yerindən necə qaçmasını əks etdirən video görüntünü təqdim edirik:



Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xanım sürücü qəza törətdi, 2 azyaşlı xəsarət aldı

    Xanım sürücü qəza törətdi, 2 azyaşlı xəsarət aldı ...

    12-11-2015, 13:13

  • 
  • Sərxoş sürücü polisi öldürdü – Yeniləndi

    Sərxoş sürücü polisi öldürdü – Yeniləndi ...

    1-01-2014, 19:01

  • 
  • Film kimi qəza – 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu

    Film kimi qəza – 005 nömrəli "BMW" yolu ...

    24-07-2017, 17:24

  • 
  • Bakıda qadın sürücü işıqforu vurub aşırdı

    Bakıda qadın sürücü işıqforu vurub aşırdı ...

    2-06-2016, 14:30

  • 
  • Tanınmış müğənni qəza törədib, hadisə yerindən qaçdı – Təfərrüat

    Tanınmış müğənni qəza törədib, hadisə yerindən ...

    2-07-2018, 17:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (142)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu