GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...

Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...

Tarix: 17-10-2019, 13:51 Bölmə :Cəmiyyət Baxış: 296
Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...


Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Müşavirədə ölkədə aparılan islahatlardan, nailiyyətlərdən danışan dövlət başçısı daha sonra iqtisadi sahədə olan neqativ məqamlara da toxunaraq dövlət maliyyəli qurumların gördükləri işləri şişirtdiklərini bildirib.

"Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək - bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi - bunu təkcə onların boynuna atmaq olmaz - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik"-deyə Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, bu müşavirədən sonra Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.

İllərlə müstəqil media qurumlarında yazılanlara və iqtisadçı ekspertlərin açıqlamalarına baxdıqda görürük ki, dövlət büdcəsindən oğurlanan vəsaitlər əsasən dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalar yolu ilə həyata keçirilir. Belə ki, əksər qurumların keçirdiyi tenderlərdə qalib olan şirkətlər ya həmin qurumların rəhbər şəxslərinə yaxın olan, dost-tanışlarının adlarına rəsmiləşdirilən şirkətlər olur, ya da haradasa fəhlə işləyən, sosial tərəfdən acınacaqlı durumda yaşayan, satınalmalardan xəbərsiz insanların adlarına qeydiyyata alınan şirkətlər olur.

Məsələn, ötən ayın əvvəlində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayarkən ictimaiyyət və mətbuat açıq-aşkar maxinasiya halları ilə üz-üzə qaldı. Komitənin 10 müqavilə üzrə dörd şirkətilə bağladığı, ümumilikdə 833,6 min manatlıq tenderin qalibi olan şirkətlərin hər birinin dövlətə külli-miqdarda vergi borcu olduğu aşkara çıxdı. Qalib olan şirkətlərdən "Rubicon-Dizayn" MMC-nin 920.781, "Uğur Servis-H" MMC-nin 212.591 və "MADERIN-AA" MMC-nin 127.613 manat vergi borcu var. Bu məlumatın mediada işıqlandırılmasına baxmayaraq aidiyyatı qurumların heç biri məsələyə münasibət bildirmədi.

Dövlətsatınalmalarına birbaşa nəzarəti həyata keçirən, şəffaflığın və rəqabətliliyin təmin olunmasına nəzarət etməli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu cür açıq-aşkar olan qanunpozuntularına heç bir münasibət bildirmir.

Dövlət maliyyəli qurumların sifarişçi olduqları milyonlarluq tenderlərlə bağlı daha bir şübhəli məlumat oktyabr ayının 12-də tirajlandı. "Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub? - ARAŞDIRMA" başlığı ilə dərc olunan yazıda Aqrar Kredit və İnkişaf Agentliyinin sentyabr ayının 12-də yekun vurduğu 1.278.97 manatlıq "Aqro-texniki xidmətlərin göstərilməsi" lotu üzrə tenderin qalibi olan şirkətin - "AgroDev" MMC-nin Agentliyin təşəbbüskarlarından biri olduğu Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri Elvin Nəbiyevə məxsus olduğu bildirilirdi.

Bu yazının dərcindən də bir həftə keçməsinə baxmayaraq, indiyədək heç bir qurum məsələyə münasibət bildirməyib.

Cənab Prezidentin dünənki müşavirədə xüsusi olaraq vurğuladığı məqamlardan biri də yuxarıda da qeyd etdiyimiz kimi qiymətlərin şişirdilməsi ilə bağlı idi.

Ölkədə keçirilən tenderlərə nəzər saldıqda burada göstərilən rəqəmlərin reallığa uyğun olmadığını hər kəs anlaya bilir. Məsələn, qaydaya görə dövlət satınalmalarında ehtimal olunan qiymət hesablanan zaman əvvəlki dövrdə bağlanmış müqavilə qiymətindən, qara bazarda olan real qiymətlərdən, müxtəlif mənbələrdən və internet resurslarından öyrənilməli, bu zaman vergi, transport, gömrük xərcləri və digər vacib amillər nəzərə alınmalıdır. Ancaq bizim yuxarıda misal göstərdiyimiz tenderlər isə PR işləri və tədbirlərlə bağlı olan xidmətlər olduğuna görə avtomatik olaraq transport və gömrük kimi xərclərdən azaddırlar. Bu isə özülüyündə təklif olunan qiymətlərə mühüm təsir edən amillərdən biridir. Digər bir tərəfdən isə bu tenderlərdəki xidmətlərin bəziləri ilk dəfədir ki, təklif olunur.

Belə olan halda, haqlı olaraq sual olunur: qiymətlər haradan və necə əldə edilib?! "Dövlətsatınalmaları haqqında Qanun”a görə bir milyon manatdan artıq dəyəri olan satınalmalarda İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndəsi iştirak etməlidir. Bu isə o deməkdir ki, ölkədə keçirilən milyonluq tenderlərdə ya İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri iştirak etmir, ya da bu nümayəndələr milyonluq tenderlərdə formal olaraq iştirak edirlər. /qlobal.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib

    Prezident İlham Əliyevin yanında iqtisadi və ...

    25-02-2019, 12:33

  • 
  • İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb

    İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları ...

    15-10-2015, 21:29

  • 
  • BAŞ NAZİRSİZ İQTİSADİ MÜŞAVİRƏ?! – Novruz Məmmədov Prezidentin müşavirəsinə qatılmadı

    BAŞ NAZİRSİZ İQTİSADİ MÜŞAVİRƏ?! – Novruz ...

    1-08-2019, 18:00

  • 
  • Hökumət cəmiyyətə niyə şişirdilmiş rəqəmlər təqdim edir?

    Hökumət cəmiyyətə niyə şişirdilmiş rəqəmlər ...

    4-12-2013, 11:29

  • 
  • Arzu Rəhimovun “kantoru” da şişirdilmiş büdcənin yadigarıdır…

    Arzu Rəhimovun “kantoru” da şişirdilmiş büdcənin ...

    4-02-2016, 22:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu