GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hökumət cəmiyyətə niyə şişirdilmiş rəqəmlər təqdim edir?

Hökumət cəmiyyətə niyə şişirdilmiş rəqəmlər təqdim edir?

Tarix: 4-12-2013, 11:29 Bölmə :Ölkə Baxış: 880
Hökumət cəmiyyətə niyə şişirdilmiş rəqəmlər təqdim edir?
Ekspert: “Çünki bu ona, necə deyərlər, əl verir”

Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və idxalı barədə rəqəmləri bir-birinə ziddiyyət təşkil edir. Ayrı-ayrı məhsullar üzrə idxalın bir il ərzində 3-4 dəfə artdığı göstərildiyi halda, istehsal rəqəmlərində də artım göstərilir. Burada ortaya “istehsal artıdığı halda niyə idxala bu qədər ehtiyac yaranıb” deyə məntiqi çıxır.

Məsələn, Dövlət Statistika Komitəsinin bu ilin yanvar-oktyabr ayları üzrə açıqlamasına görə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 faiz, o cümlədən bitkiçilik üzrə 3,8 faiz, heyvandarlıq üzrə isə 5,6 faiz artıb. Habelə kənd təsərrüfatı məhsullarının istehsalında da 4 faizə yaxın artımın olduğu qeyd edilir.

Əgər un, taxıl, süd və süd məhsullarında, ət və ət məhsullarında və sair aqrar mallarda idxal yüksəlibsə, o zaman kənd təsərrüfatında 4 faizlik artım harada baş verib?

Virtualaz.org-un məlumatına görə, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov “Bizim Yol”-a deyib ki, bu cür «pripiska» keçmiş sovet ölkələrinin əksəriyyətində hələ də hökm sürür: «Yerli icra orqanlarının başçılarına belə «pripiska»lar etmək sərf edir. Statistik göstəriciləri əvvəlki illərə nisbətən artıq göstərirlər ki, fəaliyyətləri müsbət qiymətləndirilsin. Artıq vəziyyət elə bir həddə çatıb ki, guya Azərbaycan 3 milyon tona qədər taxıl istehsal edir. İdxal olunan taxılı da nəzərə aldıqda, bu qədər məhsulu istehlak etmək və mal-qaraya vermək mümkün deyil. Əgəl mal-qara üçün tədarük olunursa, o zaman ət, süd və yumurta isthehsalında nəzərəçarpacaq qədər artım müşahidə etməliydik. Amma rəsmi statistikada ət və süd məhsullarının idxalı kifayət qədər artıb. Un idxalı 12 dəfə, taxıl idxalı 60 faiz, kəsim üçün mal-qara 60 faiz, süd isə 30 faiz yüksəlib. Bunlar onu göstərir ki, yerlərdə istehsalla bağlı rəqəmləri şişirdirlər. Hökumət üçün isə cəmiyyətə şişirdilmiş rəqəmləri göstərmək əl verir».

V.Məhərrəmov DSK-nın kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin artımının səbəbini bahalaşmada görür: «Ümumi məhsul dəyərlə göstərilir. Hər il kənd təsərrüfatı məhsullarının bahalaşdığını görürük. Məhsulun həcmi artmasa da, onun dəyəri artır. Bir məqama toxunum. Ölkədə pambıq tədarükünün ildən-ilə azalması rəsmi statistikada da etiraf edilir. İcra başçıları bu sahəyə müdaxilə edə bilmədikləri üçün real rəqəmlər səslənir. Çünki pambıq konkret olaraq emal müəssisələri tərəfindən alınır. Bu sahə ilə məşğul olan biznes adamları isə rəqəmləri şişirtməkdə maraqlı deyillər. Ötən il 54,5 min ton pambıq istehsal edilmişdisə, bu il bu rəqəm 31,5 min tona düşüb ki, bu da kəskin azalma deməkdir. Amma taxıl, ət və süd məhsullarının uçotunu aparmaq çətin olduğundan, hökumət kifayət qədər spekulyasiya edə bilir».

Ekspert sovet dönəmi ilə müqayisədə bütün istiqamətlərdə kənd təsərrüfatı məhsullarının istehsalının azaldığını vurğulayıb: «Sovet vaxtında hardasa, real olaraq 800 min ton pambıq istehsal edilirdisə, indi bu rəqəm 30 minə düşüb.

Hər inəkdən ildə 2500 kq süd istehsal edilirdisə, indi bu rəqəm 1300 kq-a düşüb. Yaşıl çayın tədarükü 30 min ton idisə, hazırda bu rəqəm 1000 tona bərabərdir. Bu misalların sayını artırmaq da olar. Müqayisə aparanda sürətlə enmənin şahidi oluruq və təəssüf ki, proses hələ də davam edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, kənd təsərrüfatı məhsullarının idxalının həcmi on il ərzində 300 milyon dollardan 1,3 milyard dollara qədər qalxıb. Bu müddət ərzində əhalinin sayı 13 faiz artıdığı halda, idxal 4 dəfə yüksəlib. Özü də istehlak ediyimiz məhsulların həcmi beynəlxalq normadan qat-qat aşağıdır. Postsovet ölkələrində ət istehlakına görə ən aşağı göstərici Azərbaycan və Tacikstana məxsusdur».

Mütəxəssis onu əlavə edib ki, Azərbaycanda əhalinin normadan aşağı və məcburən keyfiyyətsiz qida qəbulu müxtəlif xəstəliklərin geniş yayılmasına rəvac verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - Siyahı

    Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - ...

    8-11-2013, 14:47

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42

  • 
  • Ekspert həyəcan təbili çaldı

    Ekspert həyəcan təbili çaldı ...

    19-11-2013, 12:40

  • 
  • Statistika Komitəsindən bahalıq açıqlaması

    Statistika Komitəsindən bahalıq açıqlaması ...

    10-09-2013, 14:50

  • 
  • Ümumi daxili məhsulun- Statistikası

    Ümumi daxili məhsulun- Statistikası ...

    14-11-2013, 12:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu