Aİ Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır. Gundemxeber.Az Turan.az-a istinadla xəbər verir ki, bu barədə Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndə Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bildirib.
O qeyd edib ki, oktyabrın 19-da Bakıda dinc mitinq keçirmək cəhdindən sonra onlarla insan saxlanılıb. "Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır. Biz həmçinin hakimiyyəti həbsdə qalan dinc nümayişçiləri azad etməyə çağırırıq", deyə Kosyançiç bildirib.
"Toplaşmaq azadlığı fundamental insan hüququdur və biz Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu hüququn tam şəkildə həyata keçirilməsini təmin etməsini gözləyirik", deyə Aİ nümayəndəsi qeyd edib. -06B-
Sorğu
Yeni dizaynımız necədir?