Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) martın 8-də jurnalistlərə, habelə etiraz aksiyasının qadın iştirakçılara qarşı polis zorakılığını pisləyib.
RATİ KİV nümayəndələrinə və dinc aksiyanın iştirakçılarına qarşı kobud güc tətbiq etmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarını və təxribatçıları cəzalandırmağa çağırıb.
Bir qrup feminist qadın tərəfindən təşkil edilmiş, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş aksiya zamanı polis və bir qrup mülki geyimli şəxs plakatları cırıb, qadınları təhqir edib və döyüb.
Bu aksiyanı işıqlandıran jurnalistlərə qarşı da zor tətbiq edilib. Nəticədə 8 qadın jurnalist bədən xəsarəti alıb, bəzilərinin aksiyanı işıqlandırmaq üçün istifadə etdiyi texnika sındırılıb.
RATİ ölkədə toplaşmaq, ifadə azadlığını təmin etməyi, jurnalistlərin təhlükəsiz və maneəsiz işinə zəmanət verməyi və riayət etməyi tələb edib.
Martın 8-də qadınlar Bakıda Nizami metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin önündə “8 Marş - Zorakılığa Qarşı Get” şüarı altında aksiya keçirib. Aksiya polis tərəfindən dağıdılıb, xəasrət alanlar olub.
Rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?