GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya

“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya

Tarix: 22-10-2019, 13:17 Bölmə :Cəmiyyət Baxış: 502
“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya


Azərbaycanın kolbasa-sosiska bazarında satılan məhsullarla bağlı elə vahiməli, qorxunc xəbərlər gəlir ki, insanın tüklərini ürpədir.

Ekspertlər də yerli mallardan uzaq durmağa çağırırlar: onkoloji xəstəlik mənbəyi, mənşəyi bilinməyən ətlər, müxtəlif kimyəvi qatqılar və s.

Gundemxeber.az-ın media üzərindən apardığı araşdırma və eləcə də bəzi müşahidələrə istinadən yazır ki, növbəti həyəcanlı iddialar “Flaqman” əmtəə nişanlı kolbasalar haqda səslənməkdədir.

Müşahidəçilər qeyd edirlər ki, “Flaqman”ın müəssisəsinin yaxınlığından keçmək olmur. Çünki ərazini qəribə bir qoxu, üfunət bürüməkdədir.

Bu da həmin firmanın məhsullarının keyfiyyətinə, istifadə edilən qidaların tərkibinə dair ilkin şübhələrə yol açır. Axı orada hansı qatqılardan, hansı ətdən istifadə edilir ki, istehsalat prosesi zamanı ətrafı belə bir iy bürüyür?

Bu suala cavab tapmaq üçün internet mediasında da axtarışlar aparmışıq. Məlum olur ki, ilk növbədə “Flaqman” kolbasa və sosiskaları halal deyil.

Hələ bir müddət əvvəl Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ay-Min” MMC-yə məxsus, Xırdalanın 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində yoxlama zamanı nöqsanlar aşkarlanmışdı.

Müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi.

Demə, “Flaqman” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında, həmin əmtəə nişanlı “Krakovskaya”, “Prima”, “Gülüstan”, “Pəhriz”, “Həvəskar” kolbasalarının və “Südlü”, “Kürə” sosiskalarının halal olması saxta imiş.

Qurumun rəsmi xəbərində deyilirdi ki, həmin məhsulların tərkibində donuz əti və piy var, halal məhsul deyil, yalan reklamlardır. Şirkətin “Servelat” kolbasalardan birinin içərisindən isə qalıqlar tapılmışdı.

Bir neçə il öncə media yaymışdı ki, şirkət xeyli müddətdir yalnız vəhhabilərə satılan xüsusi halal kolbasa məhsulları buraxır.

Məhsullar hər həftənin cümə günü vəhhabilərə çatdırılır və bazara çıxarılmır. Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu vurğulanır.

Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük tələbat olsa da, vətəndaşlara satılmır.

Firmanı təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar. “AY-MİN” brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.

Şirkətin bir müddət əvvəl üzləşdiyi cərimələrdən sonra adını dəyişərək “Flaqman” qoyduğu, telekanallarda, şəhərin müxtəlif yerlərində olan lövhələrdə reklamı getdiyi bildirilir.

Amma çox qəribədir ki, bu iddialardan sonra “AY-MİN” MMC kolbasa məmulatı firmasının satış meneceri Kamran Abbasov açıqlamasında halal kolbasa istehsal etmədiklərini etiraf eləmişdi.

Halbuki, halal adı ilə bazara çıxmışdılar və uzun müddət istehlakçıları aldatmışdılar. Yalnız nazirliyin cəriməsi və medianın ictimailəşdirməsi nəticəsində etiraf etməli olmuşdular.

Ona görə son dövrlərdə bu şirkətin məhsullarına tələbat kəskin şəkildə aşağı düşüb, marketlərdə satış səviyyəsi zəifləyib, “Flaqman” müştərilərin etibarını, inamını itirib.

Belə çıxır ki, əhaliyə satılan bu məhsulların tərkibinə, ətin mənşəyinə də şübhə etməyə əsas var. Bazara halal adı ilə çıxan, sonra yalan danışdığını etiraf edən şirkətdən nə desən gözləmək olar.

O halda ailələrimizə niyə bu məhsuldan almalıyıq? Kim uşağına bu şirkətin sosiskalarını yedirər? Bu cür məlumatlardan, açıqlamalardan və sanksiyalardan sonra hansı müştəri marketdən məhz “Flaqman” istəyər?

Belə bir zədələnmiş reputasiyaya malik müəssisənin məhsullarından uzaqda durmaqdan zərər gəlməz.

Ən dəhşətlisi budur ki, Dövlət Xidməti “AY-MİN” MMC-yə aid 1,3 ton kolbasa məmulatını məhv etmişdi.

Bəli, 1 kilo yox, 100 kilo yox, 1, 3 ton məhsul yararsız hesab edilərək məhv olunub. Hələ o da şübhəlidir, kim bilir, bəlkə də təkrar satışa çıxarılıb.

Əgər dövlət xidməti şirkətdə yoxlama aparmasaydı, 1, 3 ton kolbasanı bu millətə yedirəcəkdilər. Belə bir insafa, vicdana sahib olan rəhbərliyin hazırda istehsal etdiyi məhsullara niyə də inanıb alasan ki?!

Son vaxtlar leş ət mafiyası ilə bağlı faktların üzə çıxması da bütövlükdə ölkədəki kolbasa firmalarının məhsullarından almamağa əminlik yaradır.

Axı bu ətlər hara gedə bilər – evlərə deyil, dönərxanalara, kolbasa sexlərinə, şadlıq saraylarına və s.

“Flaqman” şirkəti isə internetdə adı axtarış veriləndə bir müsbət informasiya ilə qarşımıza çıxmadı.

Ancaq nədənsə bu mənzərə firmanı narahat eləmir və ən azı istehlakçıların etibarını qazanmaq üçün yayılan iddialara aydınlıq gətirmir. Biz onların mövqeyini dinləməyə hazırıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “1000 bərəkət, halal nemət” halaldırmı? – Narahatçılıq

    “1000 bərəkət, halal nemət” halaldırmı? – ...

    5-11-2018, 15:41

  • 
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər – Araşdırma

    Bizə kolbasa və sosis adına Çin istehsalı olan ...

    6-12-2018, 12:25

  • 
  • “1000 bərəkət, halal nemət” kolbasasının əti nədən hazırlanır?- mediada iddialar...

    “1000 bərəkət, halal nemət” kolbasasının əti ...

    12-11-2018, 14:21

  • 
  • Yediyimiz zəhərli kolbasalar

    Yediyimiz zəhərli kolbasalar ...

    21-06-2017, 20:25

  • 
  • “Russkiy vkus” kolbasaları da zay çıxdı: “Səhliyalı” xalqa nə yedirir?

    “Russkiy vkus” kolbasaları da zay çıxdı: ...

    15-01-2019, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu