Oktyabrın 23-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının görüşü açılıb. Görüşdə sədrlik Venesuela XİN başçısı Jorj Arreazdan Azərbaycan XİN başçısı Elmar Məmmədyarova verilib.
Azərbaycan 2019-2022-ci illərdə bu quruma sədrlik edəcək. Məmmədyarov bildirib ki, Azərbaycan təşkilatın inkişafı, üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üzrə zəruri işləri həyata keçirəcək.
"Azərbaycan hərbi bloklara daxil olmur, demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsini dəstəkləyir", deyə Məmmədyarov bildirib.
XİN başçılarının görüşü Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti ərəfəsində keçirilir.
Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti keçiriləcək. 158 ölkənin və beynəlxalq təşkilatların nümayəndələri sammitdə iştirak edəcəklərini təsdiq ediblər. Tədbirdə xarici işlər nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli nümayəndələr iştirak edəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?