Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək vəzifəli məmurlarının iclası başlayıb.
Bu görüş aprelin 5-6-da Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin iclasına hazırlıq məqsədi daşıyır.
Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcək. Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət yer alıb, 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.
Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi, həmçinin 2019-2022-ci illər ərzində isə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?