“Azərbaycanda həftəsonu dinc nümayişçilərə qarşı qəddar zorakılıqlar hökumətin fikir ayrılığına dözümsüzlüyünün, ifadə və toplaşmaq azadlığına riayət etməməsinin nümunəsidir,” Vaşinqtonda qərargahlanan Freedom House-un yaydığı bəyanatda bildirilir.
Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt vətəndaşlara tətbiq edilən zorakılıqların həm Azərbaycan qanunlarına, həm də bu ölkənin beynəlxalq öhdəliklərinə zidd olduğunu vurğulayıb.
Baş verən qəddarlıqlar Azərbaycan hökumətinin öz vətəndaşlarının fundamental haqlarını qorumaq öhdəliyini açıq-açkar rədd etdiyini göstərir. “Zorakı saxlanmasının videosu yerli media tərəfindən yayımlanan Əli Kərimli və işgəncələrə məruz qaldığı deyilən Tofiq Yaqubluunun gördükləri qəddarlıqlar Azərbaycan hökumətinin öz vətəndaşlarının fundamental haqlarını qorumaq öhdəliyini açıq-açkar rədd etdiyini göstərir,” o deyib.
Freedom House Azərbacyan hökumətini toplaşmaq azadlığına hörmət etməyə, saxlanılan nümayişçiləri dərhal buraxmağa və ifrat zorakılıqlarda əli olan polis rəsmilərini məsuliyyətə cəlb etməyə çağırıb.
Milli Şuranın oktyabrın 19-da mitinq keçirməyə cəhdi zamanı çoxsaylı insanların saxlanılması və həbsi geniş müzakirələrə səbəb olub. Beynəlxalq qurumlar dinc nümayişçilərin tutulmasını pisləyən bəyanatla çıxış edib. Rəsmi Bakı isə tənqidləri qəbul etmir.
Milli Şuranın 19 oktyabrda keçirdiyi aksiyada onlarla adam saxlanılıb, çox sayda adam döyülüb. Müxalifət aksiya zamanı yüzlərlə insanın salxanıldığını bildirir. Onlardan 30-dan çox insan 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib və ya cərimələnib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?