Belarusda məhkəmə ikiaylıq qızını öldürməkdə ittiham olunan türkmən qadına 12 il həbs cəzası kəsib.
Belarusun qərbindəki Brest Regional Məhkəməsi oktyabrın 31-də 29 yaşlı Yulduz Haydarovanı körpəsini boğaraq öldürməkdə təqsirli bilib.
Haydarova bütün mümkün şikayətləri verəndən sonra hökm qüvvəyə minəcək.
Müstəntiqlər Brestdə kollec tələbəsi olan Haydarovanın mayda, qızının cəsədi çay yaxınlıqda tapılandan sonra həbs olunduğunu deyib.
Qadın isə iddia edib ki, bir tanışın evində divanda yatarkən körpə onun altında qalaraq boğulub. Ancaq ittihamnaməyə görə, Haydarova qızını bilərəkdən öldürüb və cəsədini tullayıb.
Sorğu
Yeni dizaynımız necədir?