Bu gün Oktay Gülalıyevi cərrahi əməliyyat etmiş həmkarım, neyrocərrah Bəhmən Yadigarovla danışdım.
Sonra da həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oktay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır. Allah şəfa versin!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?