Bakı İcra Hakimiyyəti noyabrın 10-da mitinq keçirilməsi ilə bağlı Müsavat Partiyasının müraciətinə cavab verib.
Şəhər administrasiyası aksiyanın Lökbatan qəsəbəsində yerləşən “Neftçi” klubunun idman-təlim bazasında keçirilməsini təklif edib. Bu barədə Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib.
Onun sözlərinə görə, partiya mitinqin ya “Məhsul” stadionunda, ya Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındakı meydanda, ya da “Dərnəgül” metro stansiyasının qarşısında keçirilməsini təklif edib.
Aksiyanın “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılsın!”, “Qarabağı azad et!”, “Monopoliyalara son!” və s. şüarlar altında keçirilməsi planlaşdırılır.
Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin sözügedən yerlərdə keçirilməsini “məqsədəuyğun” hesab etməyib.
“Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, “Məhsul” stadionunda təmir işləri gedir, digər yerlər isə metropolitenin mühafizə zonalarında yerləşir və "Sərbəst toplaşma azadlığı haqqında" qanuna görə, həmin yerlərdə aksiya keçirmək qadağandır”, - A.Hacılı deyib.
“Onun sözlərinə görə, Müsavat Partiyası Lökbatana getməkdən imtina edir və etiraz əlaməti olaraq noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək.
“Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların yerini və vaxtını dəyişə bilməz. Biz Bakı Şəhər İcra Hakimiyyətinə yeni müraciət ünvanlayaraq noyabrın 12-də meriyanın binası qarşısında puket keçirmək niyyətində olduğumuzu bəyan etdik”, - A.Hacılı deyib.
Sorğu
Yeni dizaynımız necədir?