Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şura noyabrın 2-də saat 15-də mitinq keçirmək barədə qərar qəbul edib.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.
Onun sözlərinə görə, Milli Şura mitinqin Məhsul stadionunda və ya 28 May metro stansiyasının qarşısındakı meydanda keçirməyi təklif edib.
“Biz kompromisə gedib, mitinqimizi Məhsul stadionunda keçirə bilərik. Hökumət Məhsul stadionuna razılıq verməsə yenə də mitinqi 28 May metrosunun qarşısında keçirəcəyik,” AXCP sədri qeyd edib.
Bakı meriyası bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra kütləvi aksiyalara razılıq verməyib.
Milli Şuranın son müraciətlərinə cavabda isə meriya mitinqin Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verilib. Lakin Milli Şura bu təklifdən imtina edərək, oktyabrın 19-da şəhərin mərkəzi hissəsində, 28 May metro stansiyasının qarşısında aksiya keçirməyə cəhd edib.
Cəhdin qarşısı polis tərəfindən güc tətbiq edilərək alınıb, yüzlərlə insan saxlanılıb. 30-dan çox insan inzibati qaydada həbsə məhkum edilib.
Sorğu
Yeni dizaynımız necədir?