Hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda xəstəxanaya yerləşdirilib.
Bu barədə məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb.
Oğlunun sözlərinə görə, atasının köçürülməsi zamanı heç bir problem olmayıb. İlkin müayinədən sonra ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Oqtay Güləliyev Türkiyəyə AZAL-ın xüsusi ambulans təyyarəsində aparılıb.
* * *10:46
Bir neçə gün əvvəl Bakıda yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə göndərilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq. Onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.
Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?