Əbu-Dabidə dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı tədbirin işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.
Gundemxeber.Az xəbər verir ki, SOCAR prezidenti ilk öncə Çinin Milli Neft Şirkətinin (CNPC) prezidenti Vang Yilinlə görüşüb.
SOCAR prezidenti və CNPC rəhbəri əməkdaşlıq məsələlərini, faydalı tərəfdaşlığa dair gələcək perspektivləri müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib, əməkdaşlıq planlarından məmnunluq ifadə olunub.
SOCAR prezidenti Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi "Aramco"nun prezidenti Amin H.Nasserlə görüşündə mövcud layihələr diqqət mərkəzində olub.
Şirkət rəhbərləri habelə gələcək planlar, ikitərəfli əməkdaşlıqla bağlı faydalı müzakirələr aparıblar. Qeyd edilib ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün bu cür görüşlərin keçirilməsi olduqca vacibdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev eləcə də Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne və BP prezidenti Bob Dudley arasında qarşılıqlı əməkdaşlığa dair işgüzar müzakirələr aparıb. Müzakirələrdə həmçinin gələcək planlar diqqət mərkəzində olub.
Tərəflər əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə ediblər, görüşlərdə tərəfdaşlığın daha da genişləndirilməsi imkanların mövcudluğu vurğulanıb. Görüşdə gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?