AZƏRTAC bu münasibətlə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin məqaləsini təqdim edir.
Bu günlər xalqımız Azərbaycan neft-qaz sənayesi tarixinə əbədi həkk olunmuş əlamətdar günlərdən birini - Neft Daşları yatağında ilk neftin çıxarılmasının 70-ci ildönümünü qeyd edir. Xəzər dənizində polad dirəklər üzərində belə bir əfsanəvi şəhərin yaradılması Azərbaycan neftçilərinin qəhrəmanlıq salnaməsində parlaq səhifədir.
Neft Daşlarında ilk neftin çıxarılması dünya əhəmiyyətli tarixi hadisədir. 1949-cu ilin 7 noyabr günü Bakı şəhərindən 110 kilometr şimal-şərqdə, Xəzər dənizində qazılmış neft quyusunun fontan vurması ilə dünya neft sənayesinin inkişafında yeni bir dövrün – açıq dənizdə stasionar platforma üzərindən neft hasilatının başlanğıcı qoyuldu. İndi, demək olar, bütün okean və dənizlərdə axtarış-kəşfiyyat və hasilat işləri aparılır.
Sorğu
Yeni dizaynımız necədir?