Çərşənbə axşamı 18 tələbə və bir müəllim Ankara Universitetində qadağan edilmiş “LGBTI Pride” tədbirində iştirak etdikləri üçün məhkəmə qarşısına çıxarılıb.
İnsan haqları qruplarının “gülünc” hesab etdiyi məhkəmədə onlara qarşı irəli sürülən "qanunsuz toplaşmaq və etiraz", "dağılmaqdan imtina etmək" kimi ittihamlar əsasında günahkar tanınsalar onlar üç ilədək həbs cəzası ilə qarşılaşa bilər. Tələbələrdən biri polis zabitinə təhqiramiz jest göstərdiyi üçün 2 il həbs cəzasına məhkum edilə bilər.
Homoseksuallıq müasir Türkiyədə qanuni hesab edilsə də, LGBTI üzvləri müntəzəm olaraq zorakılıq və təhqirlərə məruz qalır.
Yaxın Şərq Texnologiya Universitetində bu mərasim 2011-ci ildən başlayaraq, hər il may ayında keçirilir. Lakin universitet müdirliyi builki tədbirə qadağa qoyduğu üçün polis tədbirə toplaşanları dağıtmaq üçün bibər qazı, plastik güllə və gözyaşardıcı qazdan istifadə edib.
Dinləmədə Danimarka səfriliyindən və müxalifətdən qanunvericilər daxil olmaqla, Avropanın bir neçə səfirliyinin nümayəndələri iştirak edib. Vəkillər və insan haqları qrupları məhkəməni müttəhimlərə dərhal bəraət verməyə çağırıb.
”Pride” yürüşünə qadağanın hüquqi əsasları yoxdur. Bu cəsarətli tələbələr və digərləri ifadə və dinc toplaşmaq hüquqlarını müdafiə etdikləri üçün mühakimə olunur" - deyə, Amnesty İnternational Təşkilatının nümayəndəsi Sara Holl açıqladığı bəyanatda bildirib.
Təqsirləndirilən Məlikə İrəm Balkan tədbirin əvvəlki illərdə "dinc şəkildə" keçirildiyini və onun qadağan edilməsi üçün "qanuni əsaslar olmadığını" deyib.
Digər təqsirləndirilən Özğur Məhmət Gur məhkəməyə etiraz edərək, "Atdığımız hər addım qürur yürüşüdür” deyib.
Akademik Mehmet Mutlu isə tədbirə tələbələrini polisin zorakılığından qorumaq üçün qatıldığını və həbs edilməsinin qanunsuz olduğunu deyib.
Polis dəstək məqsədilə məhkəmə binasının qarşısına toplaşanlara bəyanatlarını oxumağa icazə verməyib.
Təqsirləndirilənlər tədbirin keçirildiyi gün nəzarət altına alınsalar da, sonradan məhkəmə gününüdək azad ediliblər. Məhkəmə mart ayının 12-nə keçirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?