Keçmiş Cənubi Afrika prezidenti Ceykob Zuma korrupsiya ittihamları ilə cümə günü məhkəmə qarşısına çıxarılıb. Uzun müddət davam edən korrupsiya iddiaları səbəbindən ictimai qəzəbin artması Zumanı istefa verərək, hakimiyyətdən getməsi ilə nəticələnmişdi.
Məhkəmənin ilk günü baş tutan qısa dinləmədə hakim Temba Sişi Zumanı "xəbərdarlıq"la azadlığa buraxıb.
Məhkəmənin iyunun 8-inə qədər təxirə salınması 75 yaşlı Zumanı sevindirib.
Zuma ona qarşı irəli sürülən ittihamların siyasi olduğu bildirir.
Keçmiş prezidentinin tərəfdarları məhkəmə binasının qarşısına toplaşaraq liderlərinin günahsız olduğuna dair şüarlar səsləndirib.
Fevralın 14-də istefa verən Ceykob Zuma dekabrın sonlarında Afrika Milli Konqresinin yeni lideri seçilən deputat Sayrl Ramaposa ilə əvəz edilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?