GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hesablama Palatası sahibkarlara qarşı - GƏLİŞMƏ

Hesablama Palatası sahibkarlara qarşı - GƏLİŞMƏ

Tarix: 13-11-2019, 14:59 Bölmə :Cəmiyyət Baxış: 381
Hesablama Palatası sahibkarlara qarşı - GƏLİŞMƏ


Azərbaycanda nağdsız hesablaşmaların artırılması üçün görülən inzibati tədbirlər gözlənilən effekti vermir. Bunu Hesablama Palatasının(HP) 2020-ci il üzrə dövlət büdcəsinə verdiyi rəydən də görmək olar.

Belə ki, HP şirkət və sahibkarların bank hesablarından nağd pul çıxarmasını çətinləşdirməyi təklif edir. Xatırladaq ki, sahibkarlıq subyektlərinin narazılığına rəğmən, 2018-ci ilin əvvəlindən Azərbaycanda 1% həcmində nağdlaşdırma vergisi tətbiq edilir. Yəni sahibkar hesabından çıxarılan vəsaitin 1%-i həcmində vergi ödəyir.

Buna baxmayaraq, ötən dövrdə bank hesablarından nağd vəsaitlərin çıxarılması prosesi zəifləməyib. Çıxarılan vəsaitin həcmi isə ilbəil artır. Belə ki, 2018-ci ildə şirkətlər və sahibkarlar bank hesablarından 2,9 milyard manat nağd pul çıxarıblar. Bunun 2,7 milyard manatı hüquqi şəxslərin, 0,2 milyard manatı isə fiziki şəxs olan sahibkarların payına düşür. Artıq 2019-ci ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 2,5 mlrd. manata çatıb və ilin sonunadək 3 milyard manatı ötə bilər.

2020-ci il üçün isə nağd çıxarılan məbləğin bir qədər də artaraq 3,6 mlrd. manata (hüquqi şəxslər 3,4 mlrd. manat, fiziki şəxslər 0,2 mlrd. manat) çatması proqnozlaşdırılır. Məhz buna görə də nağdlaşdırma üzrə vergi proqnozu da 36 milyon manata qaldırılıb.

Palatanın fikrincə, görülən inzibati xarakterli tədbir nağd pul çıxarılmasına mane olmur. Ona görə də qurum təklif edir ki, sahibkarların pul vəsaitlərini bank hesablarından nağd çıxarmasının qarşısının alınmasına yönələn yeni tədbirlər görülsün. Bu tədbirlərin nədən ibarət olacağı barədə hələlik hər hansı bir məlumat verilmir. Lakin ehtimal etmək olar ki, əsas etibarilə nağdlaşdırma vergisinin faiz dərəcəsinin artırılması və ya əlavə bank komissiyalarının tətbiqi nəzərdə tutulur. Yəni məqsəd budur ki, sahibkarların bank hesablarına köçən vəsaiti nağdlaşdırması zamanı xərcləri artsın və nəticədə nağdsız hesablaşmalara üstünlük versinlər.

Lakin palatanın verdiyi təklifin nağdsız hesablaşmalara ciddi dərəcədə müsbət təsir edəcəyini düşünmək doğru olmazdı. Ötən illərin təcrübəsi göstərir ki, nağdlaşdırma vergisini artırmaq heç də bank hesablarından nağd pul çıxarılması həcmini azaltmayıb, əksinə, bu məbləğ daha da artıb. Rəqəmlərdən də göründüyü kimi, banklardakı hesablardan çıxarılan nağd pulun böyük qismi hüquqi şəxslərin, yəni şirkətlərin payına düşür. Ona görə də nağdlaşdırma vergisi artırılacağı təqdirdə heç olmasa bu tədbirin yalnız iri vergi ödəyicilərinə şamil edilməsi daha doğru addım olardı.

Həmçinin, bütünlükdə ölkə üzrə nağdsız hesablaşmalar üçün tam normal mühit formalaşdırmadan, “kölgə iqtisadiyyatının” ölçüsü əhəmiyyətli dərəcədə azalmadan, yəni kompleks tədbirlər görülmədən sahibkarları “yükləməyin” heç bir mənası yoxdur. HP-nin nəzərdə tutduğu bu inzibati tədbirlər həyata keçiriləcəyi təqdirdə, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektlərinin sadəcə vergi yükünü bir qədər də artırmış olacq və onsuz da çətin olan durumunu bir qədər də ağırlaşdıracaq.//Azpolitika
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb

    Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb ...

    11-01-2016, 23:26

  • 
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatası XİN-də maliyyə pozuntuları ...

    1-04-2019, 21:04

  • 
  • "AmrahBank" "qırmızı zolaqda": Bağlana bilər - GƏLİŞMƏ

    "AmrahBank" "qırmızı ...

    25-09-2018, 19:44

  • 
  • Əcnəbilərin Azərbaycanda xərclədikləri vəsaitin həcmi açıqlandı

    Əcnəbilərin Azərbaycanda xərclədikləri vəsaitin ...

    10-04-2018, 10:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu