Dünən Ali Məhkəmədə “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin kasasiya şikayətinə baxılıb.
Gundemxeber.Az bildirir ki, vəkil Osman Kazımlının verdiyi məlumata görə, hakim Hafiz Nəsibovyn sədrliyi ilə keçirilən prosesdə Mustafa Hacıbəyliyə qarşı çıxarılan hökm qüvvəsində saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi “Basta” saytında dərc edilən məqalələrə görə Hacıbəylini dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, beş il yarım müddətinə şərti cəzaya məhkum edib.
ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanda Mustafa Hacıbəyli barəsində çıxarılmış hökmlə bağlı ciddi narahatlığını bildirib. O, hakimiyyəti apellyasiya qaydasında işə yenidən baxmağa və jurnalistin maneəsiz və ATƏT-in KİV azadlığı ilə bağlı öhdəliklərinə tam uyğun şəkildə işləmək imkanı verməyə çağırıb. Lakin Apelyasiya Məhkəməsi hökmdən verilən şikayəti qüvvədə saxlayıb.
Mustafa Hacıbəyli hökmdən Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?