Şahbazovlar ailəsinin üzvləri tərəfindən yalnış məlumatlar ötürülməsi səbəbindən, məqalədə İlham Almas oğlu Məmmədovun adı hallandığına görə, oxucularımızdan və şəxsən adı çəkilən şəxsdən üzrxahlıq edib, nəzərə almalarını xahiş edirik
Bir neçə gün bundan öncə, daha dəqiq desək 11 noyabr 2019-cu il tarixdə Gundemxeber.Az saytında “Bakıda ifşa edilən cinayətkar şəbəkənin başında İlham Məmmədov durur-ŞOK İTTİHAM (FOTOLAR)” başlıqlı məqalə dərc olunmuşdu. Dərc olunan məqalədə Bakı şəhərində cinayətkar bir şəbəkənin fəaliyyət göstərməsindən və həmin şəbəkəyə qarşı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsindən bəhs olunurdu. Bu şəbəkənin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda qeyd olunurdu ki, ciayətkar qrupun başında Rəşad İsgəndərov adlı şəxs dursa da, onunla digər şəxslər də əlbir olurlar. Adı çəkilən qurumun yaydığı başqa bir məlumatda isə qeyd olunurdu ki, şəbəkə rəhbərinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqda şübhələr öz təsdiqini tapdıqdan sonra, Rəşad İsgəndərov barəsində cinayət işi başlanır və barəsində Azərbaycan Respublikası CM-nin 192.3.2-ci maddəsi ilə ittiham elan olunduqdan sonra, onunla bağlı həbs-qəti imkan tədbiri də seçilir. Adı çəkilən şəxslə bərabər, bu işlərdə iştirakçı olanlardan biri Türkiyə Respublikasının vətəndaşı Kılıç Mustafa da həbs olunur.
Onu da bildirək ki, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yayılan açıqlamada İlham Almas oğlu Məmmədov adlı şəxsin adı, belə bir işlərin heç birində hallanmasa da, hal-hazırda RF-sı ərazisində olan əməkdaşımızın redaksiyamıza ötürdüyü məlumatlarda isə, İlham Məmmədovun adı hallanırdı. Düzdür, məqaləni qarşı tərəfin mövqeyini dinləmədən dərc etsək də, sonrakı araşdırmalarımız fərqli məqamların ortaya çıxması ilə nəticələndi. Belə ki, əməkdaşımızın apardığı araşdırmalar zamanı bəlli oldu ki, həmin məlumat tamamilə səhv və yalnış məlumatdır. Eyni zamanda, ona belə bir məlumatlar bir neçə gün bundan öncə həmkarı tərəfindən ötürülür. Əməkdaşımız məsələnin mahiyyəti haqda yetərincə məlumatlı olmasa da, məlumatı ötürən ilk mənbənin Azərbaycan Respublikasının ərazi hüdudlarından olduqca kənarda yaşadığı və Şahbazovlar ailəsinin üzvləri tərəfindən, məhz əməkdaşımızın həmkarına məqsədli şəkildə ötürüldüyü bəlli oldu. Təkrar aparılan araşdırmalarımız zamanı o da bəlli oldu ki, əməkdaşımızın həmkarına məlumatı ötürən Vüqar Şahbazov adlı şəxsin, belə bir əsası olmayan məlumatları çatdırmaqda məqsədi, hansısa marağını güdmək olur. İşıq üzü görən məqalədə səhvən İlham Məmmədovun adının hallanması, tərəfimizdən heç də yaxşı hal kimi qəbul olunmadı. Ona görə də, məqalədə səhv və yalnış məlumatlar dərc olunduğuna görə, oxucularımızdan və şəxsən İlham Almas oğlu Məmmədovdan üzrxahlıq edib, nəzərə almalarını xahiş edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?