Noyabrın 19-da Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq təşkilatlar qarşısındakı öhdəlikləri Respublikaçı Alternativ Partiyasının (ReAL) lideri İlqar Məmmədovun ABŞ Konqresinin Helsinki Komissiyasının baş siyasi müşaviri Everett Praysla görüşündə müzakirə olunub.
Gundemxeber.Az bildirir ki, bu barədə Məmmədov Tvitter-dəki mikrobloqunda yazıb.
Xüsusən, ölkənin ATƏT və Avropa Şurası çərçivəsində öhdəlikləri kontekstində 2020-ci ildə keçiriləcək parlament seçkiləri müzakirə olunub.
Bu zaman namizədlərin qeydiyyatı və seçki kampaniyası zamanı toplaşmaq azadlığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Bundan əvvəl Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı Everett Praysla görüşüb.
Dünya birliyi susub, sakitcə seyr etməməlidir. İnsan hüquqlarını pozan, polis zorakılığına və işgəncəyə göstəriş verən vəzifəli şəxslərə qarşı beynəlxalq birlik tərəfindən ünvanlı sanksiyalar tətbiq edilməlidir. Əli Kərimli, AXCP sədri
Kərimli Facebook səhifəsində yazdığına görə, görüşdə Praysı müşaiyət edən Dövlət Departamentinin və ABŞ Səfirliyinin nümayəndələri də iştirak edib.
“Ölkədəki ictimai-siyasi vəziyyəti, xüsusilə də 19 oktyabr mitinqi zamanı və ondan sonra baş vermiş polis zorakılığını, işgəncə hallarını, sərbəst toplaşmaq azadlığına qoyulmuş qanunsuz qadağanı müzakirə etdik. Rejimin etdikləri ölkəmizdə gerçək xaos yarada bilər. Dünya birliyi susub, sakitcə seyr etməməlidir. İnsan hüquqlarını pozan, polis zorakılığına və işgəncəyə göstəriş verən vəzifəli şəxslərə qarşı beynəlxalq birlik tərəfindən ünvanlı sanksiyalar tətbiq edilməlidir,” o qeyd edib.
Noyabrın 19-da Prays Azərbaycanın vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri ilə də görüşlər keçirib, insan azadlıqlarının və KİV azadlığının vəziyyətini müzakirə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?