Azərbaycanın aparıcı siyasi partiya liderləri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş keçirib. Bu barədə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib. Müsavat funksioneri qapalı keçirilən görüşdə hansı məsələlərin müzakirə olunmasından xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, apalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?