Bakı Dövlət Universitetinin (BDU) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı BDU-nun mətbuat katibi Pərvanə İbrahimova qeyd edib. O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:
“Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib. İlkin ehtimal kimi onların qidadan (konserv, suşi, kartof qızartması) zəhərləndiyi deyilib.
Qaldıqları yataqxanada huşsuz vəziyyətdə aşkarlanan qızlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, tələbələrdən biri isə dünyasını dəyişib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?