Universitetin rektoru Abel Məhərrəmov bu barədə əmr imzalayıb
Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib. BDU-dan verilən xəbərə görə, universitetin rektoru Abel Məhərrəmov bu məsələ ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, orta balı 81 və 81-dən yuxarı olan və təhsil aldığı müddət ərzində yalnız A, B və C qiymətləri almış tələbələr dövlət imtahanından azaddırlar. Onlar yalnız diplom müdafiəsi edəcəklər.
Orta balı 81-dən az olan tələbələr isə dövlət imtahanı verəcəklər və onlar diplom işləri müdafiəsindən azaddırlar. Onlar komissiya qarşısına çıxmayacaqlar. Bu tələbələr sadəcə, diplom işlərini kafedralara təhvil verməlidirlər.
Sorğu
Yeni dizaynımız necədir?