Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Qəhrəman Mənsimzadə dövlət başçısına müraciət edərək Müdafiə Nazirliyində ciddi hüquq pozuntularının olduğunu bildirib.
Gundemxeber.Az reyting.az-a istinadla xəbər verir ki, polkovnik Mənsimzadə noyabrın 20-də Youtube-yə yerləşdirdiyi videomüraciətində Ali baş komandandan xahiş edir ki, Azərbaycan ordusunda qayda-qanun yaratsın.
Polkovnik müraciətində bəzi baş zabitləri, o cümlədən Baş Qərargah rəisini və nazirin özünü maliyyə və digər pozuntularda, korrupsiya və tabelikdə olan işçilərin hüquqlarının pozulmasında ittiham edir.
O, həmçinin bəzi zabitləri xarici dövlətlərlə əməkdaşlıqda ittiham edir.
Qeyd edək ki, bu videomüraciətdən bir sutka keçsə də, Müdafiə Nazirliyi ittihamlara cavab verməyib. Nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmaq mümkün deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?