GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Yeni Müsavat”ın əməkdaşı Şuşaya “getdi, evinə baxdı”: “Gözlərimdən yaş axırdı, qəzəb məni boğurdu: “Sizin hamınızın...”

“Yeni Müsavat”ın əməkdaşı Şuşaya “getdi, evinə baxdı”: “Gözlərimdən yaş axırdı, qəzəb məni boğurdu: “Sizin hamınızın...”

Tarix: 25-11-2019, 17:05 Bölmə :Cəmiyyət Baxış: 456
“Yeni Müsavat”ın əməkdaşı Şuşaya “getdi, evinə baxdı”: “Gözlərimdən yaş axırdı, qəzəb məni boğurdu: “Sizin hamınızın...”


Xankəndi ilə Şuşanı birləşdirən “Ağa körpüsü”nü keçəndə-“Yeddi dolama”ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb “ceep”in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi, heç nə soruşmadan dumandan görünməz olan uca təpələrə sarı boylandı, tapançasını göstərirmiş kimi hərəkət edib uzaqlaşdı.

Buralara balaca olanda böyürtkən yığmağa gələrdik, cır və tozlu olardı deyə, evə aparmazdıq, elə yolda yeyib Ağdam-Şuşa avtobus ilə şəhərə qayıdardıq. İllərdir həsrət qaldığım havasını ciyərimə çəkdim- nəfəsim tutuldu, aramsız öskürək başladı. Maşındakılar artıq narahat olmağa başlamışdılar: bələdçi sürücüyə ratsiyanı gətirməyi tapşırdı. Rusca “bir az ləngiyirik, bir nəfərin halı pisləşib” xəbərini verdi və mənə sarı boylandı. Hava sanki dumanlı yox çirkli idi, bu dolamlar, kollar, ağaclar məni yadda saxlaya bilməzdilər, ona görə yad adam kimi baxırdılar, hətta bəlkə ağzımdan gələn təmiz sudan çimçənirdilər də. (Artıq ikinci sutka idi ki, qarşımıza qoyulan düşmən çörəyinə əl belə uzatmamışdıq, ancaq Bakıdan götürdüyümüz suyu içirdik hələ ki…)

Bu yadlıqdan gözüm yaşardı, üzümü dəsmalımla tutub silirmiş kimi maşına yaxınlaşdım, özümü ələ aldım. Yaxşi olduğumu göstərmək üçün lap köhnə kişilər kimi burada illərdir unudulan, şuşalıların adətən, uzaq yola çıxanda dedikləri “Allah, Məhəmməd, Ya Əli!” sözlərini təkrarladım. Sürücü və bələdçi “Ya Allah” eşidən kimi çönüb təəccüblə üzümə baxdılar, yanımdakı iki nəfər-azərbaycanlı jurnalistlər səhərdən ilk dəfə gülümsədilər, ikisi də “hər şey qaydasındadır” dedilər.

Daha ətrafa baxmırdım, gözlərimi yaş torpağa bulaşmış çəkmələrimə dikdim, ayaqlarım mənə çox qəribə görünürdü. Elə bil mənim deyildi, əlimlə ovuşdurub, “məni düşmən qarşısında biabır etmə” deyib sığallamasaydım, uzağa qaçacaqdılar. “Şuşa perevalını” belə keçdik…

Hə, bu da erməni tankı. Doğma bir adamı görürmüş kimi “Albertin vurduğu tank!” deyib sürücüyə saxlamağı xahiş etdim. Bələdçi “burada dayanmaq planda yoxdur” deyib əli ilə irəlini göstərdi. “Şuşanın işğalı günü burada xeyli əsgərimiz şəhid olmuşdu, çoxu hələ də itkindir” deyib yanımdakılara pıçıldadım. “Avtobaza”nın yanında sovet dövründən qalma “Pyannıy voditel pristupnik” şüarının üstünə indi ermənicə nəsə yazmışdılar. Qarşısında iki-üç nəfər dayanmışdı, yəqin ATƏT-in maşını olduğu üçün bizə sarı boylandılar. Əyinləri-başları tör-töküntülü, üzləri tüklü və çəlimsiz ermənilər siqaretlərini sümürüb darvazadan içəri girdilər. Nə biləydilər ki…

Şuşaya üst yoldan girdik, telefonlarımızı Bakıda qoyub çıxmışdıq, bel çantamızda fotoaparatdan başqa bir şey də yox idi. “Saat neçədir, əcəba” fikirləşib illərdir qoluma vurmadığım saata baxdım. Atamın saatına… Evdən çıxanda onu taxmışdım. Səfərdən 1 həftə əvvəl Bakıdakı saatsaz donquldana-dolquldana sazlamış, 20 manatımı almış, “bunu neynirsən, modası da keçib gəl sənə…” deyəndə “yadigardı” deyib sözünü ağzında qoyduğumu xatırladım.

…11-ə işləmişdi. Saatlarımız Bakı vaxtilə işləyirdi. İlk dəfə ağlıma gəldi ki, burda saat eyni zamanı göstərirmi? Bələdçidən dəqiqləşdirdim, saatlar Bakı vaxtilə işləyirdi. İdrisin “Tısbağa pavilyonu” dururdu, qarşısında iki-üç maşın dayanmışdı. Yəqin xaşa gəlmişdilər. Şuşada xaşın noyabrda ayrı ləzzəti olur axı. Qəbiristanlıq tərəfə boylandım, bələdçi də bu dəfə ingiliscə “no-no” dedi. Mirzə Həsən qəbiristanlığı…

Doğmalarımızın uyuduğu məzarlıq. Yuxarı tərəfdən də görünür, bir də oradan boylandım. Dumandan heç nə görünmürdü.

Şəhərə girdik- “Qaşqayın dükanı”, “Novruzun xəngəlxanası” tərəfdən…Ermənilər yolun sağında indi hotel tikiblər, xariciləri burda qarşılayırlar. Biz də xarici imişik…Taleyə bax!

Hə, burda bizi beş-altı nəfər gözləyirdi. İngilis dilində ATƏT nümayəndəsi ilə danışdılar, nəsə kağız-kuğuza baxdılar, maşının üstündə “təhvil-təslim” sənədlərinə qol çəkdilər. “Novruzun xəngəlxanası” tərəfdən onun səsi gəldi: ”Ə, bajıoğlu görünmürsən”, dedi sanki. “Novruz dayı, yeməyə nə var”, soruşanda ancaq bir menyunu təkrarlayırdı: “Sous, qreçka, gözləsən xəngəl…” Xəngəl indi Şuşa havasında nə gedər, nə gedər… Şuşalılar hətta ən pis günlərində də zarafatlarından qalmazdılar, amma gülmək vaxtı keçmişdi…

7 ay idi siqareti tərgitmişdim, iki gün idi artıq ikinci paçkanı çəkib qurtarırdım. Yeni siqaret paçkasını açmaq bəhanəsiylə maşından düşdüm, bütün nəzərlər üzərimə dikildi. “On?” sualına, “da, tolko on mestnıy” dediklərini aydın eşitdim. Şuşanın soyuğu iliyimə işləyirdi, niyə belə üşüdüm ki? Belimi şax saxlamağa çalışdım, iki gündə arıqlamışdım sanki, yəqin ondan üşüyürdüm. Gəlməyimə ilk dəfə bərk peşman oldum, bu mənim şəhərim, bura mənim vətənim, bura doğmalarımın məzarı olan yer, amma başımın üzərində bir ATƏT, iki-üç rus, dörd erməni…Necə qırılmayasan?

O binadakı üçüncü mərtəbədən baxan qız kimdir? Yoxsa…Orta məktəbdə ürəkdən-ürəyə “üçan” vaxtlarımızda indi durduğum yerdən bir sinif qızını burada çox gözətləmişdim…A…? Balkondakı qız əl edir. Kimə? Yəqin acıq verir bizə…

Gözlərimə bu dəfə qaranlıq çökdü, siqareti hirslə ayağımın altına atıb əzdim, sanki hirsimi bu kötükdən çıxırdım.

Bir mikroavtobus gəldi, Ermənistan nömrəsini yəqin qəsdən sökmüşdülər. Bir maşından düşüb o biri qara şüşəli maşına oturanda yalnız indi bizi salamlamaq yadlarına düşdü. Aralarında cəmi bir erməni qız vardı, beş dəqiqənin içində təqdimat oldu, bizim kimliyimizi soruşmadılar. Erməni qız bərbad rus ləhcəsi ilə “sizin bələdçiniz mən olacam, şuşalıyam” dedi. Həmkarımızın “gəlin Azərbaycan dilində danışaq” təklifinə erməni qız gülümsədi, “ya tolkom ne znayu” dedi.

Hə, Şuşa… Yazıq Şuşam! Avtovağzalı keçib, “Bazarbaşına” gəldik, erməni qızın nə dediyini artıq eşitmirdim, arada hırıldayırdı, əliylə küçələri göstərib danışırdı. Nə danışırdın axı ay yalançı erməni? Mən buraları gəzib dolananda, sumkamı sürütləyib qış-yaz dərsə gedəndə, “Güllü bulvardan” gül oğurlayanda, “Qarabağ” “qəstini”nin liftində aşağı-yuxarı gəzəndə, qızıl balıqları yemləyəndə, yay aylarında küçələrində saatlarla velosiped sürəndə, yıxılıb qolumu qıranda, Daşaltı çayında çiməndə, gəlin maşınlarının qabağını kəsəndə, gəlmə qızların arxasınca gəzəndə, gəlmə oğlanlarla dalaşanda sən hardaydın axı? Kimin qızısan? Dədən kim? Nəslin kim? Burda nə ölümünüz var?

Qara maşın Yuxarı Gövhərağa məscidinin yanında saxladı. Yeni təmir etdiriblər. Ayaqlarım yenə sözümə baxmadı. Bu tin bizim məhəllənin tini hesab oluna bilərdi. Burada hər kəs durmazdı. Öz adamları vardı məscidin qarşısının.

Maşından düşən kimi əlimi tez heç dəyişməyən məscidin qarşısındakı nəhəng daş işıq dirəklərinə qoydum. Heç kim gözümün qaraldığını, ürəyimin az qala partladığını hiss etməsin deyə söykəndim o daşa…”Buradan evimizə 200 metrlik məsafə olar” deyə yanımdakı həmkarıma dedim. O da bir mənə baxdı, bir yola… Yazığı gəldi elə bil. Əlini çiynimə qoyub, “sakit olaq, sonra deməsinlər ki…”

Yolda xeyli erməni vardı, bizə elə baxırdılar ki…Şuşa bazarına sarı çevrildim. Tək-tük adam girib-çıxırdı.

Evimizə sarı yenə boylandım. Bura kimi gəlib evimizə getməyim? Erməni qıza yaxınlaşdım, “bir az aşağıya-Bəzirov küçəsi 10-na gedə bilərik”, deyə, soruşdum. Cavabı yenə rusca verdi: “Marşrut təsdiqlənib, ondan kənara çıxa bilmərik”.

“Mən burda böyümüşəm, bura mənim vətənimdir, bura…” deyəndə artıq gözlərimdən yaş süzülürdü. Sonucu dəfə anamı itirəndə belə ağlamışdım. Özümü güzgüdəki kimi görürəm o cür ağlayanda. Qəzəb məni boğurdu: “Sizin hamınızın…”
(Davamı olmayacaq)

Nazim SABİROĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təbrizlə Şuşanı birləşdirən şok tarix

    Təbrizlə Şuşanı birləşdirən şok tarix ...

    29-11-2013, 17:36

  • 
  • Bakıda biabırçı hadisə: Avtobus sürücüsünə qəfil zəng gəldi və ...

    Bakıda biabırçı hadisə: Avtobus sürücüsünə qəfil ...

    8-10-2014, 14:21

  • 
  • “Torpağımı istəyirəm” - Xalq artisti efirdə Şuşa üçün göz yaşı tökdü - VİDEO

    “Torpağımı istəyirəm” - Xalq artisti efirdə Şuşa ...

    27-12-2017, 16:40

  • 
  • Ərimə qaynımla xəyanət etdim

    Ərimə qaynımla xəyanət etdim ...

    31-03-2015, 20:20

  • 
  • Avtobus evə girdi, 3 uşaq möcüzəli şəkildə sağ qaldı

    Avtobus evə girdi, 3 uşaq möcüzəli şəkildə sağ ...

    2-07-2017, 13:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu