Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 iliiyi münasibəti ilə universitetin bir qrup əməkdaşının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?