GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İqtisadçı: Çökən torpağın üzərindəki asfalt qatının qalınlığından hər şey aydın görünür

İqtisadçı: Çökən torpağın üzərindəki asfalt qatının qalınlığından hər şey aydın görünür

Tarix: 27-11-2019, 11:51 Bölmə :Cəmiyyət Baxış: 429
İqtisadçı: Çökən torpağın üzərindəki asfalt qatının qalınlığından hər şey aydın görünür


"Səbəbi korrupsiya və pis idarəetmədir”

Gundemxeber.Az bildirir ki, Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşməsi nəticəsində yolun istinad divarları uçub.

Həmin yol və divarlar ən son martda təmir edilmişdi. Təmir və bərpa işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparmışdı.

Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilmişdi.

Ardınca 36 sm hündürlükdə və 4500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınmışdı. Torpaq işləri bitəndən sonra 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənmişdi.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, çökən torpağın üzərinə döşənən asfalt qatının qalınlığından hər şey aydın görünür. Yol yatağında daş və torpaq bərkitmə işlərinə milyonlarla vəsait silinib:

"İki gün yağan yağışla yolun istinad divarları uçub. Səbəbi korrupsiya və pis idarəetmədir”.

İqtisadçı deyir ki, Hesablama Palatası aparılmış nəzarət tədbirləri nəticəsində Dövlət İnvestisiya Proqramının layihəsinin "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın bəzi tələblərinə uyğun hazırlanıb təqdim olunmadığı qənaətindədir. Belə ki, əksər hallarda sifarişçi təşkilatlar tərəfindən dövlət investisiya layihələrinin əsaslandırılmadığı, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin hazırlanmadığını, habelə yeni layihələndirilən layihələr üçün layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmanın və texniki-iqtisadi hesablamaların Proqrama daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunub:

"Nəticədə əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları olmayan layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilir ki, bu da öz növbəsində tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılmaması, DİP üçün nəzərdə tutulan vəsaitin il ərzində bir neçə dəfə yenidən bölüşdürülməsinə və DİP üzrə proqnozla gözlənilən icra və faktiki icra arasında ciddi fərqin olmasına, nəticədə dövlət vəsaitlərinin səmərəli istifadə olunmasına təsir edir”.

Qubad İbadoğlu deyir ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb.

Bir neçə gün aramsız yağan yağışlardan sonra Bibiheybət yolu və yolun istinad divarları çöküb. Səhər saatlarında yol hər iki tərəfdən bağladılıb.

Sürüşmə nəticəsində bir maşın torpağın altında qalıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Meydan TV-yə deyib ki, yolun nə vaxt açılacağı hələ bilinmir. Aidiyyatı qurumlar baş vermiş hadisəni araşdırır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani Kazımov cəzalandırılacaqmı? - FOTOLAR

    Bibiheybət yolunu inşa edən idarə müdiri Xəqani ...

    26-11-2019, 14:26

  • 
  • Sürücülərin nəzərinə: Bu yol təmir olunur

    Sürücülərin nəzərinə: Bu yol təmir olunur ...

    26-09-2017, 16:49

  • 
  • Bibiheybət məscidi yaxınlığında növbəti torpaq sürüşməsi baş verib - FOTO - VİDEO

    Bibiheybət məscidi yaxınlığında növbəti torpaq ...

    25-11-2019, 10:22

  • 
  • "Azəravtoyol" rəsmisindən çökən yolla bağlı yeni açıqlama - günah "Azərsu"da olub

    "Azəravtoyol" rəsmisindən çökən yolla ...

    5-10-2017, 21:46

  • 
  • Sürücülərə xoş xəbər

    Sürücülərə xoş xəbər ...

    26-11-2015, 18:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu