GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bankir Zeynalovun heyrətamiz fırıldaqları - VƏ ONA İNANIB YAXŞI FAİZ GÖTÜRMƏK İSTƏYƏN SADƏLÖVHLƏR...

Bankir Zeynalovun heyrətamiz fırıldaqları - VƏ ONA İNANIB YAXŞI FAİZ GÖTÜRMƏK İSTƏYƏN SADƏLÖVHLƏR...

Tarix: 2-12-2019, 17:06 Bölmə :Cəmiyyət Baxış: 413
Bankir Zeynalovun heyrətamiz fırıldaqları - VƏ ONA İNANIB YAXŞI FAİZ GÖTÜRMƏK İSTƏYƏN SADƏLÖVHLƏR...


Ötən həftə "Günaybank"ın keçmiş sədr müavini Emin Zeynalovun on milyonlarla dollarlıq dələduzluq əməli ilə bağlı məhkəmə istintaqının növbəti iclası keçirilib. İclas zərərçəkmiş İlqar Abbasovun ifadəsi ilə başlayıb. O, E. Zeynalova cəmi 600 min dollar verdiyini açıqlayıb.

"Pulları Zeynalov "Günaybank”da işləyərkən köçürdüm. Emin mənə izah etdi ki, bütün əməliyyatlar onun nəzarəti çərçivəsində həyata keçir və əmanətimi bankın dövriyyəsinə buraxa, yaxşı gəlir verə bilər. Əvvəlcə 200 min, sonra 400 min dollar köçürdüm. Pulu birbaşa banka təhvil verdi, amma imzalamaq üçün sənəd vermədilər. Zeynalov mənim pullarımın Fəvvarələr meydanında yerləşən "Günaybank” mübadilə məntəqəsində dövriyyədə olacağını dedi. Faiz olaraq hər ay ondan beş min dollar alırdım”, - deyə İ.Abbasov ifadəsində bildirib.

Hakim Əfqan Hacıyev zərərçəkmiş İ. Abbasovdan bilavasitə "Günaybank”ın rəhbəri ilə görüşüb-görüşmədiyini soruşduqda, o mənfi cavab verib: "Emin məni əmin etdi ki, nəinki mənim pullarım, hətta digərlərinin də pulu dövriyyə zamanı mübadilədən keçir və hələ heç kim də şikayətçi olmayıb. Mən də onun sözünə aldandım”. Sonra Abbasov E. Zeynalova 200 min dolları bağışlamağa hazır olduğunu, lakin qalan 300 min dolları qaytarmalı olduğunu bildirib. Məhkəmədə növbəti zərərçəkmiş kimi Tamerlan Şeyxzamanov dindirilib. O deyib ki, E. Zeynalova 100 min dolları valyuta mübadilə məntəqələrində, əvvəlcə "Əmrahbank”, sonra isə "Günayban”kda dövriyyəyə buraxmağı üçün təhvil verib.
"14 ay ərzində yatırdığım vəsaitdən mənfəət olaraq Zeynalovdan 42 min dollar aldım. Əvvəlcə mütəmadi olaraq faizlərimi ödəyirdi, ancaq 2018-ci ilin may ayında bildim ki, E. Zeynalov külli miqdarda pulu mənimsəyərək yoxa çıxıb. Sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Tez bir zamanda öyrəndim ki, Zeynalov tərəfindən mənim kimi aldanan bir çox insan var”, - T. Şeyxzamanov deyib.
"İnvestor" E. Zeynalova inanaraq, qəribə məntiqə görə, onlar böyük miqdarda pulu yalnız şəxsi tanışlığa etibar edərək, heç bir rəsmiləşmə olmadan veriblər. Mənfəət əldə etmək üçün onların heç biri Zeynalovun təklif etdiyi sxemin nə qədər qanuni və real olduğunu yoxlamaq fikrində olmayıblar. Beləliklə, E. Zeynalov heyrətamiz dərəcədə insanların inamından sui-istifadə edərək, daha doğrusu külli miqdarda məbləğ əldə etmək üçün şəxsi istəklərinə görə piramida prinsipinə əsaslanaraq əsl fırıldaqçılıq həyata keçirdi.
Zərərçəkmiş Rüfət Kərimovla bağlı isə tamamilə lətifəyə uyğun bir vəziyyət yaranıb. Kərimovun sözlərinə görə, o, "Əmrahbank”da işləyərkən 1.4 milyon dolları "pul qoyub pul qazanmaq üçün” E. Zeynalova pul əmanət edib. Faizləri götürməyib, görünür, daha böyük bir məbləğ toplamaq qərarına gəlib. Və səhv hesablama – adam demək olar ki, heç bir məbləğ ala bilməyib. "Emini yaxşı tanıyırdım, onun pul fırlatmaq bacarığına da dərhal inandım. Təsəvvür edirsiniz, mən qazancımı hissə-hissə də götürmədim, hamısını birdən götürmək istəyirdim, amma bütün pullarım batdı", - zərərçəkən əsəbiləşib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov zərərçəkmiş R. Kərimovu sual atəşinə tutub. Birincisi, orta yaşlı iş adamı bu qədər pulu haradan alıb, ikincisi, "GünayBank”ın sədri Mahmud Məmmədov təqsirləndirilən şəxsin etdiyi fırıldaqçılıqdan xəbərdar idimi? R. Kərimov nə işlə məşğul olduğunu açıqlamadan Türkiyədə pul qazandığını söyləyib. Qohumu, bankir M. Məmmədova gəlincə, o, rəhbərlik səviyyəsində məsələni qaldırmadığını və vəsaitlərini dövriyyəyə qoyaraq Emin Zeynalovla işbirliyi qurduğunu deyib. Müdafiəçi K. Nəsibov Rüfət Kərimovun kommersiya fəaliyyətinin qanuniliyinə baxılması, xüsusən də dövlətə heç bir vergi ödəmədiyi qazancından E. Zeynalovla maliyyə əməliyyatlarının aparılmasınıın nə dərəcədə düzgün olduğunun araşdırılması üçün məhkəməyə müraciət edib. Qəribədir, niyə K. Nəsibov yalnız R. Kərimovu ittiham edərək digər zərərçəkənlərə və şahidlərə qarşı eyni tələbləri qoymadı? Bu, şəxslərin hamısı E. Zeynalova inanaraq mənbəyi məlum olmayan gəlirlərindən ona külli miqdarda pulu verib və heç kim qeyri-leqal gəlirlərinə görə vergi ödəməyib.
İttihama görə, Emin Zeynalov bank xaricində pul dövriyyəsi üçün qanunsuz bir sxem təşkil edib və onlarla insanın milyonlarla dollar pulunu mənimsəyib. Depozit olaraq külli miqdarda pul cəlb edib və aylıq 3-6% miqdarında divident ödəyib. Ancaq bir müddət sonra Emin Zeynalov dələduzluq yolu ilə aldığı bütün pulları mənimsəyərək yoxa çıxıb.
Prokurorluq həmçinin iddia edir ki, E.Zeynalov yığdığı pulları "Forex” valyuta birjasında əməliyyatlarda istifadə edərkən külli miqdarda itkilərlə üzləşib və onun qurduğu fırıldaqçılıq piramidası məhv olub. Emin Zeynalov tərəfindən aldadılan insanlar arasında bir neçə yüksək vəzifəli məmurun olduğu qeyd olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "GünayBank"ın keçmiş sədr müavinə 44 milyon manatlıq ittiham - Cinayət işi

    "GünayBank"ın keçmiş sədr müavinə 44 ...

    22-10-2019, 14:17

  • 
  • Milyonlar mənimsəməkdə ittiham edilən bankirin məhkəməsi başlayır: zərərçəkənlər arasında məmurlar da var

    Milyonlar mənimsəməkdə ittiham edilən bankirin ...

    18-10-2019, 10:48

  • 
  • Məşhur bankın sədr müavini əmanətçilərin 100 milyonunu götürüb ölkədən qaçdı

    Məşhur bankın sədr müavini əmanətçilərin 100 ...

    18-06-2018, 09:34

  • 
  • “GünayBank”ın İdarə Heyətinin sədri: “Emin Zeynalov bizdə işləyib, amma biz məsuliyyət daşımırıq”

    “GünayBank”ın İdarə Heyətinin sədri: “Emin ...

    7-07-2018, 21:02

  • 
  • Saxlanılan bankir Zakir Zeynalovun oğludur

    Saxlanılan bankir Zakir Zeynalovun oğludur ...

    22-06-2018, 11:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu