“GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalov barəsində cinayət işinin istintaqı yekunlaşıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əfqan Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, E.Zeynalov Cinayət Məcəlləsini 178.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir. Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların da olduğu bildirilir. Mediada Emin Zeynalovun Günay Bankdan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb. Emin Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir./Report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?